Şənbə, 8 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

MSK seçkilərin Təqvim Planını açıqladı

11 Fevral 2018
A A
MSK seçkilərin Təqvim Planını açıqladı

Foto: AzərTAc

Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Təqvim Planını açıqlayıb. Rəsmi mətbuatın dərc etdiyi təqvim planına görə, prezidentliyə namizədlərin rəsmi olaraq irəli sürülməsi seçkilərin təyin edilməsi haqda qərarın dərc edildiyi gündən başlanır. Namizədlər lazımi sənədləri təqdim etdikdən sonra 5 gün ərzində onların namizədliyinin qeydə alınıb-alınmaması ilə bağlı qərar qəbul edilir.

Qeydiyyatdan keçmiş namizədlər 40 min seçici imzası olan vərəqləri fevralın 20-dən 12 mart 18:00-a qədər MSK-ya təqdim edə bilər. Sənədlərlə birlikdə qəbul edilən imza vərəqələri 7 gün ərzində yoxlanılır.

Namizədlərin seçkiqabağı təşviqat kampaniyası isə martın 19-dan etibarən başlayacaq və 10 aprel saat 8:00-a qədər davam edəcək.

Seçkilər günü “Exit-poll” sorğuları keçirmək istəyən təşkilatlar martın 22-nə qədər MSK-ya müraciət etməlidirlər.

Akkreditasiya haqqında qərarlar aprelin 1-nə qədər qəbul ediləcək.

Seçkilər günü səsvermə 08.00-da başlayacaq və 19.00-da başa çatacaq.

Saat 10.00-da, 12.00-da,15.00-da, 17.00-da və 19.00-da səsvermədə iştirak haqqında ilkin məlumatların elan edilməsi nəzərdə tutulur.

Seçkilər başa çatdıqdan dərhal sonra seçki məntəqələrindən və dairələrindən səsvermənin yekunları haqqında ilkin məlumatlar daxil olduqca, MSK-nın saytına yerləşdiriləcək.

Seçki məntəqələri üzrə səsvermə yekunları haqqında protokolların ilk nüsxələri 24 saatdan gec olmayaraq dairə seçki komissiyalarına çatdırılmalıdır.

Bu zaman üçüncü nüsxələr məntəqələrdə asılmalıdır.

Dairə seçki komissiyalarından protokollarının ilk nüsxələri aprelin 13-dən gec olmayaraq MSK-ya təqdim edilməlidir.

MSK seçkilərə yekun vurmalı və yekunları aprelin 21-nə qədər təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları rəsmi olaraq Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən səsvermədən sonra 14 gün ərzində, yəni aprelin 25-nə qədər rəsmi elan edilməlidir.

 

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia