Hakim Yeni Azərbaycan Partiyasının fevralın 8-də VI qurultayı keçirilb. Qurultayda prezident İlham Əliyevin elan etdiyi növbədənkənar seçkilərdə namizədlik məsələsinə baxılıb. Hazırkı prezidentin yenidən namizədliyi irəli sürülüb və yekdilliklə qəbul edilib.
İlham Əliyev bu il 4-cü dəfə Azərbaycan prezidentliyinə namizəd olacaq. 2003-cü ildən bu vəzifədə olan Əliyev bu il yenidən seçilsə, Konstitusiyadakı dəyişikliklərə əsasən 7 il prezidentlik edəcək.
Beləliklə o, ölkəni 23 il idarə etmiş olacaq.