Müsavat Partiyası Azərbaycanda keçiriləcək növbədənkənar seçkilərlə bağlı partiya Məclisinin növbədənkənar sessiya keçirib. Bu gün baş tutan iclasda seçkilərdə iştirak məsələsi müzakirə edilib. Üç saat davam edən müzkairələr seçkilərin boykot edilməsi qərarı ilə yekunlaşıb.
Partiyanın başqanı Arif Hacılı bildirib ki, Müsavat seçkilərə qoşulmasa da, seçki saxtakarlığına fəal mübarizə aparacaq. Arif Hacılı bu mübarizəni demokratik düşərgədə olan digər partiya və təşkilatlarla birgə aparmağa hazır olduqlarını da açıqlayıb.
https://www.facebook.com/musavat/videos/1767044666675494/