Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarovun səhhəti kritik həddədir. Bunu A.Çovdarovun vəkili Sadiq Rəsulov onunla görüşündən sonra deyib. Trend-ə açıqlama verən vəkilin sözlərinə görə, sabiq rəisin ürəyi pis vəziyyətdədir və həyati təhlükəsi ola bilər.
“Hazırda o, 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində saxlanılır, həkimlər nəzarət edir. Vəziyyəti pis olmasına baxmayaraq, onun Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülmək fikri yoxdur” – deyə S.Rəsulov bildirib.
- Ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.
- Təqsirləndirilən şəxslər məhkəmənin hökmündən apelyasiya şikayəti verib.