Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Amnesty International Ülvi Həsənli üçün petisiya hazırlayıb

13 Fevral 2018
A A
Amnesty International Ülvi Həsənli üçün petisiya hazırlayıb

Foto: Ülvi Həsənlinin şəxsi arxivi

Hüquq müdafiə təşkilatı Amnesty International gənc fəal Ülvi Həsənlinin əsgərliyə aparılması ilə bağlı petisiya elan edib. Petisiya ilə bağlı təşkilatın saytında yerləşdirilən məlumatda qeyd edilir ki, gənc fəalın sağlamlığı imkan vermədiyi halda o, hərbi xidmətə çağırılıb.
Həmin petisiya da müdafiə naziri Zakir Həsənovun, Dövlət Səfərbərlik xidmətinin rəisi Arzu Rəhimovun, Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlunun adına müraciət formasında hazırlanıb və təşkilatın saytında imzalamaq üçün açıq elan edib.
Amnesty International hesab edir ki, Ülvi Həsənlinin qeyri-qanuni əsgərliyə aparılması onun fəaliyyəti ilə bağlıdır. Təşkilat həm də qeyd edib ki, artıq bir neçə dəfədir ki, Azərbaycan hakimiyyəti hərbi xidmətə çağırışı fəallara qarşı təzyiq kimi istifadə edir.
Ülvi Həsənli 2017-ci ilin sentyabrında tibbi müayinə keçib və onun sidik kisəsində daş aşkarlanıb. Buna görə də o, 2019-cu ilə qədər hərbi xidmətdən azad edilib. Amma o, 2017-ci ilin oktyabrın 26-da, səhər saat 12-də üç hərbçi tərəfindən saxlanılaraq məcburi şəkildə Səfərbərlik Xidmətinə aparılıb. Bu barədə fəal sosial şəbəkədə məlumat yayıb:
“Orada 2017-ci ildə komissiyalardan necə keçməyim haqda izahat yazdırdılar. Bir-iki saat gözlətdilər. İdarədən çıxanda Gəncə Şəhər Hərbi Komissarlığının rəisi mənə “Bakı Hərbi Polisinə gedirik”, – dedi. 15-20 dəqiqə orda saxladıqları zaman mübahisə etdim ki, ailəm və dostlarım var. Məndən narahatdırlar. Bəlkə oğurlayıb, harasa aparırsınız. Bu insanları məlumatlandırmalıyam. Mənə Bərdə polisinə getdiyimizi dedilər”.

Ülvi Həsənli 2013-cü ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia