Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Rəqabət çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan” – Nigar Köçərliyə cavab

13 Fevral 2018
A A
“Rəqabət çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan” – Nigar Köçərliyə cavab

Foto: Trend

“Əli və Nino” kitab şəbəkəsinin sahibi Nigar Köçərlinin ötən gün Facebook-da fövqəladə hallar naziri Kəmaləddin Heydərova şiakyət ünvanlayıb. Şikayətdə nazirin oğlu Tale Heydərovun da adını çəkən N.Köçərli onun sahibi olduğu kitab mağazalarının qəsdən sıxışdırıldığını iddia edib.

Xanım sahibkarın videosunda adını çəkdiyi kitab mağazalar şəbəkəsi Tale Heydərovun təsisçisi olduğu Azərbaycan Avropa Cəmiyyətinin (TEAS) törəmə şirkətləri olan TEAS Press və Libraff kitab mağazalarıdır.

Adı çəkilən kitab mağazası bu gün Nigar Köçrəlinin iddialarına cavab verib. “Qafqazinfo.az” saytında yayımlanan açıqlamada deyilir ki, Libraff kitab mağazaları 2017-ci ildən açılmağa başlayıb:

“Məntiqi sual yaranır: əgər N.Köçərliyə qarşı bu “hücumlar” son 4 ildə doğrudan da olubsa, onda, iddia edildiyi kimi, “o fil qarışqanı niyə əzməyib”, hətta əksinə, ticarət mərkəzlərində yeni mağazaları açılıb? İttiham etmək asandır, amma bu ittihamlar sübut olunmalıdır, əks halda onu böhtan saymaq lazım gəlir.

“LİBRAFF” kitab satışı ilə peşəkar şəkildə məşğul olmağa başlayandan N.Köçərli və tərəfdaşları tərəfindən mənəvi təzyiqlərə və böhtanlara məruz qalıb. TEAS Press Nəşriyyat evinin kitab bazarını inhisara alacağı şayiəsi sosial şəbəkələrdə məqsədli şəkildə və mütəmadi olaraq yayılıb, qurum haqda mənfi ictimai rəyin formalaşdırılmasına çalışılıb”.

Kitab evi Nigar Köçərlini rəqabətə davam gətirə bilməməkdə də ittiham edib:

“N.Köçərlinin müraciəti də həmin kampaniyanın tərkib hissəsi və davamıdır. Təlaşın səbəbi bəllidir – sağlam rəqabətə davam gətirmək çətinləşəndə qurşaqdan aşağı zərbə vurursan”.

Açıqlamada həm də iddia edilir ki, mağazalarda gizli çəkilişlər aparılıb, eləcə də TEAS Pressin nəşr etdiyi kitablar qanunsuz şəkildə çap edilərək “Əli və Nino” mağazalarında satılıb”.

Nigar Köçərlinin müraciəti

Bəs iki gündür müzakirə mövzusu olan bu nəşriyyat nə vaxt yaranıb, hansı fəaliyyətlə məşğuldur?

“Google” axtarış sistemində “Tale Heydərov” və “nəşriyyat” sözlərini yazanda ilk olaraq nazirin oğlu haqqında Vikipediya məlumatları çıxır. Həmin məlumatların da sırasında qeyd olunur ki, o, 2014-cü ildə TEAS Press nəşriyyat evini təsis edib.

Adı çəkilən nəşriyyatın rəsmi saytında da həmin məlumata rast gəlmək mümkündür. Bundan başqa mətbuatda da adı çəkilən nəşriyyatın təqdimatı ilə bağlı xəbərlər yer alıb.

Nəşriyyatın təsisçisi Tale Heydərov 2006-cı ildə Londonda təhsil aldığı müddətdə əvvəlcə Azərbaycan Cəmiyyətini yaradıb, sonradan isə bu qurum Avropa Azərbaycan Cəmiyyəti, yəni “The European Azerbaijan Society”ə çevrilib. www.teas.eu-da qeyd olunan məlumata görə, qurumun yaradılmasında məqsəd Azərbaycanı Avropaya tanıtmaq olub.
Üç aydan bir nəşr edilən ingilisdilli “Visions of Azerbaijan” jurnalının da baş redaktoru olan Tale Heydərov 2014-cü ildə TEAS Press Nəşriyyat evini təsis edib.

Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, rəsmi təmsilçisi Taleh Bağırov olan nəşriyyat 2014-cü il yanvarın 8-də, 4500 AZN nizamnamə kapitalı ilə yaradılıb.

Nəşriyyatın rəsmi saytında qeyd olunur ki, “TEAS Press”in yaradılmasında məqsəd müasir dünya ədəbiyyatını Azərbaycan oxucusuna tanıtmaq, əhali arasında kütləvi oxu vərdişlərini bərpa və daha da inkişaf etdirmək və s.dir.

Hazırda “TEAS Press” dünyanın bir çox nəşriyyatları ilə əməkdaşlıq edir, müxtəlif janrlarda – bədii, elmi kütləvi, tarixi və s., eləcə də müxtəlif dillərdə – ingilis, rus, türk, alman, ərəb və fransız dillərində kitablar nəşr edir. Bununla yanaşı nəşriyyatın “Üç alma” uşaq ədəbiyyatı bölməsi də var.
Nəşriyyatın çap etdiyi kitablar əsasən “Libraff” kitab mağazası şəbəkəsində satılır. Bu mağaza satış nöqtəsi kimi “TEAS Press”in rəsmi internet səhifəsində də qeyd olunub. Bakı şəhərindəki satış nöqtələri sırasında “Libraff”la yanaşı başqa bir neçə kitab mağazasının da adı var.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia