ABŞ-ın daha bir şəhərində təhsil müəssisəsində atışma olub. Vaşinqton ştatının Sietl şəhəri yaxınlığında “Highline” kollecində olan atışma yataqxanada qeydə alınıb.
APA-nın xəbərinə görə, hadisə yerinə polis qüvvələri cəlb edilib. Hadisənin təfərrüatları müəyyənləşdirilir.
Fevralın 14-də isə oxşar hadisə Florida ştatının Parkland şəhərində məktəbə baş verib. Hadisə nəticəsində 17 nəfər həyatını itirib.