Müsavat Partiyasının başqan müşaviri Yadigar Sadıqov fevralın 19-da Lənkəran Rayon Polis İdarəsinə çağrılıb. Bu barədə özünün Facebook hesabında məlumat verən başqa müavini bildirib ki, polis rəisi İslam Hümbətovla onun sosial şəbəkədəki yazılarını müzakirə ediblər:
“Xüsusən dünənki “Stalinin ölümü” filminin qadağan olunması və bir neçə gün öncə Lənkəranda Heydər Əliyevin heykəlinin növbəti dəfə təmir olunması barədə statuslarım ətrafında. Qarşılıqlı anlaşma və mədəni çərçivədə davam edən görüşdən sonra hər birimiz öz fikrimizdə qaldıq”.
https://www.facebook.com/yadigar.sadiqov/posts/1967419189939597
- Yadigar Sadıqov Lənkəran rayon Məhkəməsinin 2014-cü il 13 yanvar tarixli hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2016-cı ildə əfv sərəncamı ilə azad edilib.