Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, bu yaxınlarda ölkədə böyükhəcmli əfv sərəncamı gözlənilir. Spiker bunu Milli məclisin fevralın 23-də keçirilən iclasında deyib.
APA-nın xəbərinə görə, spiker vurğulayıb ki, sərəncam üçün hazırlıq gedir:
“Bununla bağlı hazırda ciddi işlər gedir. Düzdür, bu, cənab prezidentin səlahiyyətində olan məsələdir. Amma bu yaxınlarda böyük əfv sərəncamı gözlənilir”.
Prezident sonuncu dəfə əfv fərmanını Novruz bayramı ərəfəsində, 2017-ci il martın 16-da imzalayıb. Həmin əfv fərmanı 423 nəfərə şamil olunub. Onların içərisində bir neçə şəxs hüquq müdafiəçilərinin siyası məhbus siyahılarında yer alırdı.