Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər müayinə olunmaq üçün Türkiyəyə gedəcək.
Bu barədə məlumatı “Report”a Müsavat başqanı Arif Hacılı verib.
O bildirib ki, daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa Qəmbərin Türkiyəyə getməsi yaxşı olar. “İsa bəylə Türkiyəyə gedəcəyik. Orada İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”.
- Yanvarın 13-də İ.Qəmbərin səhhətində problem yaranıb.
- Mərkəzi Klinikaya yerləşdirilən sabiq partiya başqanı müayinələr nəticəsində infarkt keçirdiyi məlum olub və onun ürəyinə stentlər qoyulub.
- İ.Qəmbər fevralın 23-də yenidən Mərkəzi Klinikaya yerləşdirilib.