Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə mərkəzinin rəhbəri İsa Qəmbərin Türkiyədə müalicəsi həftənin sonuna qədər başa çatacaq. Bu barədə partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat yayıb.
Hazırda İsa Qəmbərin yanında olan partiya başqanı Arif hacılı ilə əlaqə saxladığını bildirən G.Aslanlı onun səhhətinin yaxşı olduğunu deyib.
“Arif bəy İsa bəyin səhhətinin sürətlə yaxşılaşdığını, heç bir əlavə problem olmadığını söylədi. İsa bəyin salamlarını onu sevənlərə, Azərbaycan xalqına çatdırmağı xahiş etdi”.
https://www.facebook.com/gulagaaslanli/posts/1499772580144730