Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sənaye məhəllələri nəyə lazımdır?

05 Mart 2018
A A
Sənaye məhəllələri nəyə lazımdır?

Foto: president.az

Azərbaycanda daha bir neçə rayonda sənaye məhəllələrinin yaradılması planlaşdırılır. Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru bildirib ki, bu məqsədlə bütün rayonları nəzərdən keçirirlər. “APA-Economics”in məlumatına görə, araşdırmalardan sonra ictimaiyyətə yeni rayonların adları açıqlanacaq.

Bəs sənaye məhəllələri nədir? Nəyə lazımdır? Onların iqtisadiyyata hansısa xeyiri varmı?

“Sənaye məhəllələri haqqında” nümunəvi Əsasnamədə sənaye məhəllələri belə izah olunur – sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.

Əsasnamədə deyilir ki, bu məhəllələrin yaradılmasında məqsəd kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şərait təmin etməkdir.

Sənaye məhəllələrinin yaradılması və ləğv edilməsi ilə bağlı təkliflər, eləcə də onun illik hesabaları ölkə prezidentinə təqdim edilir.

Foto: president.az

Hazırda Azərbaycanda 6 rayonda sənaye məhəlləsi var. Bunlar Neftçala, Masallı, Hacıqabul, Mingəçevir, Qaradağ və Sabirabaddır. Bu məhəllələrin yaradılması, orada müəssisələrin tikilməsi üçün hər birinə milyonlarla manat pul xərclənib.
Məsələn, 2017-ci ilin sentyabrında açılışı baş tutan Neftçala sənaye məhəlləsi iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

Yaradılması haqqında 2017-ci ilin iyulunda sərəncam imzalanan Hacıqabul Sənaye Məhəlləsinə isə prezidentin Ehtiyat Fondundan 4 milyon manat ayrılıb.

Hökumət bu məhəllələrin qeyri-neft sektorunu inkişaf etdirməsi ilə əsaslandırsa da yerli sakinlər vəziyyətin göründüyü kimi olmadığını iddia edir. Ötən il mətbuata açıqlama verən və Masallıdan olan sahibkar Toğrul Həsənli deyib ki, yerli sahibkarlar həmin məhəllələrdən yararlana bilmir. Həmin sənaye zonasında iki pomidor tomat konserva zavodu olsa da heç biri işləmir.

cover fotosu: president.az

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia