Bir neçə gün əvvəl Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanların hamısının meyitləri ailələrinə təhvil verilib.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin rəhbəri Tahir Əhmədov məlumat verib.
Onun sözlərinə görə, meyitlərin ailə üzvlərinə təhvil verilməsi prosesi analizlərdən sonra həyata keçirilib: “Tanınmaz halda olan meyitlərdən DNK analizləri götürüldü, kimlikləri təstiqlənəndən sonra ailələrinə təhvil verildi”.
- Respublika Narkoloji Mərkəzində yanğın martın 2-də baş verib.
- Hadisə zamanı yanan şöbədə olan 55 nəfərdən 30-u xilas edilib, 25 nəfər ölüb.
- Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, hadisəni törətməkdə təqsirli bilinən və həmin mərkəzdə müalicə alan Məhəmməd Məmmədov həbs edilib.