İlham Əliyev daha iki qurumun hərbi qulluqçularının vəzifə maaşlarını artırıb. Prezidentin bu gün imzaladığı sərəncama əsasən Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları 10 faiz artıb. Eləcə də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da 10 faiz artırılıb.
Artım martın 1-dən hesablanacaq.
Azərbaycan hökuməti yüzlərlə jurnalist və ictimai fəalın telefonlarını izlədiyi və NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha...
Read more