Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Frida Kahlonun, Ameliya Earhat və Ketrin Consonun “Barbie”ləri satılacaq

08 Mart 2018
A A
Frida Kahlonun, Ameliya Earhat və Ketrin Consonun “Barbie”ləri satılacaq

Foto: Barbie

“Barbi” kuklalarının qadın tarixi şəxsiyyətlərə həsr olunmuş yeni seriyası hazırlanıb. Bu seriyada rəssam Frida Kahlo, pilot Ameliya Earhat və riyaziyyatçı alim Ketrin Consondur.

Meksikalı Frida Kahlo özünəməxsus rəsm çəkmək üslubu və feminist hərəkatı ilə məşhur rəssam, Ameliya Atlantik Okeanı üzərində uçan ilk qadın pilot olub. Seriyanın digər nümunəsi isə “Gizli fiqurlar” filmində də baş obraz olan Ketrin Consondur. Riyaziyyatda qara dərili qadınlara çəkilən sərhədləri dağıdan Katerin NASA-da işləyib və orada onlarla trayektoriya hesablayıb. O cümlədən 1969-cü ildə Aya səyahət edən Apollo 11 kosmik gəmisinin də trayektoriya hesablaması ona məxsusdur.
Matelin yeni seriyası “Ruhlandıran qadınlar” adlanır və kütləvi istehsal edilib mağazalarda satışa çıxarılacaq. Şirkət bu oyuncaqların dəqiq nə vaxt satışa çıxarılacağını açıqlamayıb.

Foto: popsugar

“Brend kimi qadınların hüdudsuz potensialından ilhamlanan Barbinin real modellərdən ibarət yeni seriyası Beynəlxalq Qadınlar günü ərəfəsinə təsadüf edir. Çünki biz bilirik ki, görmədiyiniz şey ola bilməzsiz” – deyə Barbi şirkətinin vitse-prezidenti Liza MakNayt bildirib. Vitse-prezident əlavə edib:

Qızlar Barbie ilə adətən müxtəlif obrazlar və kariyeralarda olublar, indi isə real obrazlarla biz onlara göstəririk ki, həm də bu ola bilərsiz.

99 yaşlı Ketrin Conson da onun modeli olduğu oyuncağın hazırlanmasında şirkətlə birlikdə çalışıb və oyuncağın ona mümkün olduğu qədər ona oxşadığına əmin olub.

Qadınlar günü ərəfəsində Barbie həm də 14 müasir qadın modeldən ibarət olan “Shero” seriyasını təqdim edib. Bu qadınlar da müasir dövrdə öz sahələrində sərhədləri dağıdanlardır. Onlardan biri 2018-ci il Qış Olimpiya Oyunlarında qızıl medal alan ən gənc xizəkçi Çloe Kim, “Wonder woman” filmin rejissoru Peti Cenkins və Olimpiya çempionu, gimnast Qebi Duqlas və başqalarıdır.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia