Çərşənbə, 16 Sentyabr 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Polis özünü şöbədən atan şəxsə işgəncə verilməsini təkzib edib

09 Mart 2018
A A
Polis özünü şöbədən atan şəxsə işgəncə verilməsini təkzib edib

Foto: Əhməd Muxtar

Foto: Əhməd Muxtar

“Martın 8-də Tovuz rayon Polis Şöbəsində dindirilmə zamanı özünü 3-cü mərtəbədən atan rayon sakini Tofiq Şükürovun şöbədə işgəncə görməsi barədə məlumatlar yalandır”. Bunu “Turan” agentliyinə Tovuz Rayon Polis Şöbəsindən bildiriblər.

Dünən hüquq müdafiəçisi Taleh Xasməmmədov Tovuz Rayon Polis Şöbəsində saxlanılan şəxsin özünü 3-cü mərtəbədən atması ilə bağlı xəbər yayıb. Daha sonra isə intihara cəhd edən Tofiq Şükürovun işgəncələrə məruz qaldığı üçün bu addımı atdığı yayılıb.

https://www.facebook.com/tale.xasmemmedov/posts/1606599346055995?pnref=story

Tovuz Rayon Polis Şöbəsi saxlanılan şəxsə işgəncə verilməsi barədə məlumatları təkzib edib.

O, narkotik cinayətinə görə məhkum edilmiş şəxsdir. Rayonda oğurluq olub, tibb bacısının evindən 5 min manat pul oğurlanıb. T. Şükürov həmin iş üzrə dindirilib. Müstəntiq ondan dəhlizdə gözləməsini istəyib. Həmin vaxt hadisə baş verib. Ağlına nə gəlibsə, buna əl atıb.

Şöbədən onu da deyiblər ki, T. Şükürovun indi sağlıq durumu normaldır.

Tovuz Rayon Xəstəxanası T. Şükürovun martın 8-də qəbul edib. Xəstəxananın həkimi Paşa Muradov T. Şükürovun müayinə edildiyini, onun xəsarətlərinin ağır olmadığını və müalicə məqsədi ilə Qazax rayonuna göndərildiyini bildirib.

Azadlıq Radiosu isə yazır ki, hələlik T. Şükürovun yaxınları və Qazax Rayon Xəstəxanası ilə isə əlaqə saxlamaq mümkün olmayıb.

  • 2015-ci il avqustun 20-də Bəhruz Hacıyev adlı şəxs Mingəçevir Şəhər Polis Şöbəsində vəfat etmişdi. Polisin məlumatında onun özünü idarənin pəncərəsindən atıb intihar etdiyi bildirilirdi. Hacıyevin yaxınları isə intihar barədə deyilənlərlə razılaşmır və onun işgəncə ilə öldürüldüyünü iddia edib.
Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir
Manşet

Fransa Azərbaycanda həbsdəki vətəndaşları üçün Usmanovu sanksiya siyahısından çıxarmaq istəyir

15 Sentyabr 2026
Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia