Bakı Şəhər Baş Polis İdarəsi Milli Şura və Müsavat Partiyasının bu gün Məhsul stadionunda birgə keçirdiyi mitinqlə bağlı məlumat yayıb. Qurumun məlumatına görə, 2 saat davam edən mitinqdə Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat və Azərbaycan Xalq partiyalarının, Müsəlman Birliyi, “NİDA” hərəkatlarının, eləcə də bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 1500 (min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.
Bir qrup Amerika konqresmeni bu həftə Azərbaycana qarşı sanksiyalar haqqında qanun layihəsi təqdim etməyi planlaşdırır. Bu barədə Turan İnformasiya Agentliyinin...
Read more