Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Milli Şura və Müsavatın birgə mitinqi davam edir: Əli Kərimli və Səxavət Soltanlının çıxışlarından hissələr

10 Mart 2018
A A
Milli Şura və Müsavatın birgə mitinqi davam edir: Əli Kərimli və Səxavət Soltanlının çıxışlarından hissələr

Foto: Azadlıq qəzeti

Bu gün Milli Şura və Müsavat Partiyasının birgə mitinqi keçirilir. Saat 15:00-da Azərbaycan dövlət himninin oxunması ilə başlayan mitinqdə indiyə qədər Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı çıxış edib.

Əli Kərimli nitqində hazırda həbsdə olan partiya funksioneri Gözəl Bayramlının azad edilməsi çağırışı edib. Partiya sədri mitinq iştirakçılarına qarşı aparılan kampaniyalardan danışıb:

Hər zaman millətə qarşı olanlar olacaq. Hər zaman rejimdən qidalanıb sizin bu fədakarlığınızı kiçiltmiş olanlar olacaq. Siz onlara fikir verməyin. Bu ölkənin bütün haqlarının sahibi olması üçün, bu millətin özgürlüyünə, ədalətinə sahib olması üçün yola davam deyəcəyik, mübarizəyə davam deyəcəyik, azadlıq deyəcəyik, Azərbaycan deyəcəyik! Eşq olsun sizlərə! Son 3 il ərzində 2.5 dəfə bu milləti kasıblaşdırmısız bu milləti. Onun sərvətlərinə əl qoymusuz, sərvətlərini bu ölkədən daşımısız. Ətrafınıza oğruları, korrpusionerləri toplamısız. Hər cür fəlakətdən onu qorumaq üçün əlini tərpətməyən anti-xalq hakimiyyətə bu ölkədə yer yoxdur.

Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı isə mitinqin əsas səbəblərindən danışıb və qeyd edib ki, bu, aprel ayında keçiriləcək növbədənkənar prezident seçkiləridir:

Bu onu göstərir ki, Azərbaycan müxalifətinin birgə mitinqinin davamlı və güclü olmasından Azərbaycan hakimiyyəti narahatdır və qorxur. Azərbaycan hakimiyyəti görür ki, Azərbaycan müxalifətinin içinə saldığı emmisarlara, ayrıseçkilərə baxmayaraq Azərbaycan müxalifəti Azərbaycan xalqının və dövlətinin qürurunu qorumaq üçün lazım olan yerdə , lazım olan anda bir yerdədir. Müxalifətin birgə mitinqinin səbəblərindən biri də ölkə rəhbəri tərəfindən oğurluq, gizli, xalqdan xəbərsiz seçkiyə qərar verməsidir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia