Şənbə, 15 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Freedom House” Azərbaycanda mətbuatın azad olmadığını bəyan edib

11 Mart 2018
A A
“Freedom House” Azərbaycanda mətbuatın azad olmadığını bəyan edib

Foto: screenshot

Foto: screenshot

“Freedom House” təşkilatı ənənəvi olaraq dünyadakı söz və ifadə azadlığının vəziyyəti ilə bağlı 2017-ci il üçün olan göstəriciləri açıqlayıb. 195 ölkə üzrə hazırlanan hesabatda bu ölkələrdəki siyasi vəziyyət və mülki azadlıqlarla bağlı reytinqlər yer alıb.

Azərbaycanın da daxil olduğu siyahıda ölkədə siyasi hüquqların vəziyyəti 7/7 balla qiymətləndirilib. Təşkilatın qiymətləndirmə sisteminə görə, 1 bal “ən çox azad”, 7 isə “ən az azad” hesab olunur.

Mülki azadlıqlar sahəsindəki vəziyyət isə 6/7 kimi qiymətləndirilib.

Azərbaycanda mətbuatın vəziyyəti “Azad olmayan” kateqoriyasına aid edilib. Ümumilikdə isə ölkə “qismən azad” ölkələr sırasındadır.

Ümumi hesabda isə Azərbaycanın vəziyyəti 12/100 kimi qeyd edilib. Qiymətləndirmə sisteminə görə, 100 ən çox azad, 0 isə ən az azad olmaq hesab edilir.

Siyahıda Ermənistan və Gürcüstan haqqında da dəyərləndirmə yer alıb.

Ermənistanda mətbuatın vəziyyəti “azad olmayan”, ölkənin ümumi vəziyyəti isə “qismən azad” kateqoriyasına aid edilib. Bal sistemi ilə dəyərləndirməyə görə, qonşu ölkədə siyasi hüquqlar 5/7, mülki azadlıqlar isə 4/7-dür. Qonşu ölkənin ümumi hesabı isə 45/100-dir ki, bu da Azərbaycandan daha yaxşı hesab olunur.

Foto: screenshot

Təşkilatın müşahidələrinin nəticəsinə görə, Gürcüstanda vəziyyət Azərbaycan və Ermənistandan daha ürəkaçandır. Belə ki, ölkənin adı ümumi reytinqdə 64/100-dür. Mətbuat “qismən azad” kateqoriyasındadır və ölkədə ümumi vəziyyət də “qismən azad” kimi qiymətləndirilib. Gürcüstanda siyasi hüquqlar 3/7, mülki azadlıqlar da 3/7 kimi dəyərləndirilib.

Foto: screenshot

Ümumi hesab siyahısında az da olsa 100/100 balla qiymətləndirilib azad hesab olunan ölkələr var. Bunlar Norveç, İsveç və Finlandiyadır. Buna baxmayaraq təşkilat dünyada söz azadlığının vəziyyətinin pis olduğunu hesab edir. Qurumun hesabatı da “Demokratiya böhranda” başlığı ilə yayımlanıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia