Çərşənbə, 13 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Stiven Hokinq dünya, din və süni intellektlə bağlı nə düşünürdü?

14 Mart 2018
A A
Stiven Hokinq dünya, din və süni intellektlə bağlı nə düşünürdü?

İllustrasiya: Nate Kitch

Bu gün dünyasını dəyişən fizik Stiven Hokinq mütəmadi olaraq dünyanın gedişatı ilə bağlı xəbərdarlıqlar edib və gələcəklə bağlı proqnozlar verib.
Türkiyənin NTV kanalının topladığı həmin proqnoz və xəbərdarlıqların bir qismini təqdim edirik.


Bəşəriyyətin və dünyanın gələcəyi barədə fikirləri

Stiven Hokinq hesab edirdi ki, əsas təhlükə dünya əhalisinin sürətli artımı və eyni zamanda təbii ehtiyatların azalmağıdır. Alimin fikrincə, bu faktorlar insan növünün yox olmaq təhlükəsi qarşısında qoyur.
“Əgər bəşəriyyət qalaktikada yeganə ağıllı canlıdırsa, onda sağ qalmağa çalışmaq lazımdır” deyən Hokinq düşünürdü ki, nüvə müharibəsi, genetik viruslar, qlobal istiləşmə kimi problemlərə kifayət qədər ciddi yanaşılmır.

Din və tanrı haqqındakı fikirləri

“Ola bilsin ki, tanrı var, amma elm kainatı hansısa yaradıcının varlığına ehtiyac görmədən izah edə bilir”. Bu, Hokinqin ən məşhur fikirlərindən biri idi.
Hokinq inanırdı ki, kainat elmin qanunları ilə idarə edilir. “Avtoritar yolla idarə olunan dinlə ağılla idarə edilən elm arasında fərq var. Elm qalib gələcək, çünki işə yarayır”.

Süni intellekt barədə düşündükləri

Məşhur fizik süni intellektin vacibliyini vurğulasa da, onun inkişafına daha təmkinli yanaşırdı. Hokinq narahat idi ki, süni intellekt nə vaxtsa insan intellektini ötüb keçə bilər. Bu da bəşəriyyətin məhvinə səbəb olar.
Alim hesab edirdi ki, süni intellekt özü özünü inkişaf etdirə, yeniləyə bilər və təkcə xeyli yavaş gedən bioloji təkamüllə sərhədlənən insan bu növlə yarışa bilməz.

Bir az da Stiven Hokinq haqqında

Stiven Hokinq həyat yoldaşı Ceyn Uayld Hokinq və uşaqları Robert və Lusi ilə birlikdə barbekü hazırlayırlar. 1977-ci il
  • Stiven Hokinq Albert Eynşteyndən sonra ən güclü fizik hesab olunurdu. O, Oxford və Cambridge Universitetlərində təhsil alıb. Kvant fizikası və qara dəliklərlə bağlı araşdırmalar edən Hokinqin 21 yaşı olanda sinir sistemini iflic edən ALS xəstəliyinə tutulub.
  • Hokinq ölümünə qədər əlil arabasında yaşayıb və onun üçün ətrafındakılarla danışmağa vasitə ola biləcək xüsusi cihaz hazırlanıb.
  • Cambridge Universitetində təhsil aldığı zaman “Genişlənən kainatın xüsusiyyətləri” adlı diplom işi yazıb. 24 yaşı olanda yazdığı bu elmi iş 2017-ci ildə internetə yerləşdirilib və milyonlarla insan bu elmi işdən faydalanıb.
  • Bir çox kitabın müəllifi olan Hokinqin yazdıqlarından ən məşhuru “Zamanın qısa tarixi” adlı əsərdir. 40-dan çox dilə o cümlədən Azərbaycan dilinə tərcümə olunan kitabın 10 milyon nüsxəsi satılıb.
  • 2001-ci ildə isə alimin “Qoz qabığındakı kainat” adlı kitabı yayımlanıb. Həmin kitabda fizik dünyanın böyük fəlakətlə üz-üzə olduğunu və kosmosda koloniyalar qurulması ideyasını gündəmə gətirib.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia