Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“İcra başçısı dedi ki, prezident Sumqayıtın abadlaşması işinə bir qəpik də pul ayırmayıb”

17 Mart 2018
A A
“İcra başçısı dedi ki, prezident Sumqayıtın abadlaşması işinə bir qəpik də pul ayırmayıb”

İlham Əliyev və Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında. Foto: president.az

“Binəqədi rayonu 5-ci polis bölməsindən zəng edib dedilər ki, gəlib sadəcə izahat alacaqlar, bir problem yoxdur, yerimizi öyrənib gəlib bizi oradan çıxardılar. Bizi aldatdılar”. Bu sözləri iki gündür aclıq aksiyası keçirən və Sumqayıtdan olan iş adamı Aydın Abdullayev Mikroskop-a deyib. Onun sözlərinə görə, bir neçə saat sonra aksiya keçirilən yerə gələn Binəqədi rayon 5-ci polis bölməsinin və Binəqədi rayon Baş Polis İdarəsinin əməkdaşları onlarla kobud danışıb və üzərlərinə hücum edib. Aksiya iştirakçısı deyir ki, gələn polis əməkdaşları heç özlərini təqdim etmədən onları evdən zorla çıxarıb.

Binəqədi rayon Baş Polis İdarəsinin rəisi bizlə qismən mülayim söhbət edib, bəzi sözlərlə və vədlərlə yola verdi. Məsləhət gördü ki, mübarizəmizi sivil yolla davam etdirək. Halbuki biz indiyə qədər onsuz da sivil yolla haqqımızı tələb edirdik. Daha sonra isə bizi oradan fiziki zorakılıq tətbiq edərək uzaqlaşdırdılar. Biz də çıxmağa məcbur olduq.

İki ildir ki, onlara vəd edilən pulu geri almağa çalışan 12 iş adamı ümumilikdə onlara 2 milyon 100 min manat ziyan dəydiyini deyir. A. Abdullayevin sözlərinə görə, hadisələr 2016-cı ilin martından başlayıb. Həmin il sentyabrın 27-də prezidentin də iştirak etdiyi “Sumqayıt bulvarı”nının açılışından etibarən iş adamları pullarını geri almağa çalışır.
Bir neçə dəfə Sumqayıtın icra başçısı Zakir Fərəcovun qəbulunda olduqlarını deyən iş adamı Aydın Abdullayev vurğulayır ki, başçı onlara hər dəfə pullarını geri qaytaracağını söz versə də heç nə ödəməyib:

İşlər Sumqayıt şəhərində grülüb və cavabdehi də Sumqayıt İcra Hakimiyyətidir. Fərəcov dedi ki, bizə verməyə pulu yoxdur. Niyəsini soruşanda cavab verdi ki, prezident Sumqayıtın abadlaşdırılması üçün bir qəpik də pul ayırmayıb. Abadlaşma işlərinin hamısını guya icra başçısı şəxsi hesabına görüb.
Təkcə girəcək və bulvarın abaldaşdırlması üçün olan 14-15 milyon manatlıq işi guya öz şəxsi hesabına görüb. Biz də yalan vədlərdən bezib bu aksiyaya məcbur olduq.

İcra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinə gedəndə polisin onları həbs etdiyini deyən iş adamı artıq ümumiyyətlə qorxularından bu şəhər getmədiklərini vurğulayır. Buna görə də aksiyanı Binəqədi rayonunda keçirməli olublar.

“Biz də öz aksiyamızı davam etdirəcəyik. Onların arqumenti odur ki, niyə məhz binəqədidə aksiya edirik, deyirlər kim harada yaşayırsa, gedib orada eləsin. Yevlaxdan olan iş adamına deyirlər ki, gedib Yevlaxda etiraz eləsin” – deyə iş adamı əlavə edib.

Onlar eyni zamanda Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək təşkilat da yaratmaq istəyirlər. Həmçinin birisigündən etibarən aclıq aksiyasına davam etməyi planlaşdırırlar.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia