Cümə axşamı, 13 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Əhmədovun iqtisadi inkişafla bağlı bukletinə Sərdar Cəlaloğlu dövlət büdcəsindən faktlarla cavab verir

21 Mart 2018
A A
Əli Əhmədovun iqtisadi inkişafla bağlı bukletinə Sərdar Cəlaloğlu dövlət büdcəsindən faktlarla cavab verir

Əli Əhmədov və Sərdar Cəlaloğlu. kollaj: miikroskop media

Bu gün seçkilərlə bağlı keçirilən debatların ikinci günüdür. Bu dəfəki mövzu “Regionların sosial iqtisadi inkişafı” olub. İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov dünənki debatda Sərdar Cəlaloğlunun hakimiyyəti tənqid edən fikirləri bağlı danışıb və ona iqtidarın inkişaf etməsini göstərən amillərin yazıldığı bukleti təqdim edib. Sərdar Cəlaloğlu isə buna cavab olaraq 2017 və 2018-ci illərin dövlət büdcəsini göstərib və müqayisə aparıb.


Əli Əhmədov:
Bəzi deputatlığa (red-prezidentliyə namizədlər nəzərdə tutulur) namizədlərin həddindən artıq əsaslı olmadan faktlara söykənməyən tənqidlərə alüdəçiliyini də vurğulamaq istəyirəm. Bunu bəlkə də faktlarla mübahisə etmək kimi qiymətləndirmək istəyərdim, amma mənim solumda oturan Sərdar Məmmədov faktları da mübahisəni də çox sevir. Ona görə də mən bizim partiya tərəfindən hazırlanan Azərbaycanın inkişafını özündə əks etdirən faktlardan ibarət olan bukleti özümlə gətirmişəm ki, ona təqdim edəm və Azərbaycanın prezident İlham Əliyevin rəhbərliyi altında nə qədər inkişaf yolu keçdiyi haqqında faktlar ona məlum olsun. Güman edirəm ki, bu məlumdur. Əgər bu faktlarla da o mübahisə etsə, düşünəcəm ki, onunla diskussiya etməyin heç bir mənası yoxdur.

 

 

 

 

 

Sərdar Cəlaloğlunun cavabı:
Mən bilirdim ki, bizim hörmətli dostumuz Əli bəy mənə mütləq deyəcək ki, sən faktlarla danışmırsan. Ona görə də bunu gətirib, seçki qabağı bukleti mən də dövlət büdcəsini gətirmişəm bura. 2017 və 2018-ci ilin dövlət büdcəsini sizin gözünüzün qarşısında müqayisə etmək istəyirəm. 2017-ci ildə Azərbaycan dövlət büdcəsinin ümumi gəlirləri rayon mərkəzləri və Bakı daxil olmaqla 7 milyard 210 milyon manat olub. Bunun 6 milyard 613 milyonu yalınız Bakı şəhərinin hesabına düşür. Yerdə qalır 597 milyon. 2018-ci ildə ümumi rayon mərkəzləri ilə Bakının gəliri 7 milyard 907 milyondur. Bunun 7 milyard 280 milyonu düşür Bakının hesabına, 613 milyon yerdə qalan Sumqayıt da daxil olmaqla bütün rayon mərkəzlərinin hesabına düşür. Əgər 2017 və 2018-ci illərdəki iki rəqəmi bir-birindən çıxsaq görəcəyik ki, Azərbaycan iqtidarının bu regional inkişaf dediyi siyasət 2018-ci ildə 15 milyon cəmisi vəsaitin artmasına səbəb olub ki, bu vəsait də 2017-ci ildə manatın devalvasiyasının 10-da birini təşkil eləmir. Yəni keçən il dollar 150 manat idi bu il 170 manatdır. Həm də bu artım manatın infilyasiyasından da qat-qat aşağıdır. Siz əgər buna iqtisadi inkişaf deyirsizsə, manat ölə-ölə tutaq ki, bu büdcə də süni şəkildə arta-arta gedəcəksə, bu, onda təmamilə siyasətdən, iqtisadiyyatdan, elmdən kənar məsələdir.

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia