Bu il aprelin 11-də baş tutacaq seçkilərdə iştirak edən prezidentliyə namizədlər dünəndən etibarən təbliğat-təşviqat kampaniyasına başlayıblar. Onlar İctimai Televiziyada namizədlərə verilən pulsuz efir vaxtından istifadə ediblər. Debatların ilk gününün mövzusu “Azərbaycanda iqtisadi islahatlar” olub.
Zahid Oruc çıxışında müxalifət qüvvələrini Heydər Əliyevin məzarını ziyarət etməyə çağırıb. O hesab edir ki, bu, siyasi dialoq üçün təklif oluna biləcək üsullardan biridir:
Birinci növbədə xanım olduğu üçün Lalə Şövkət Hacıyevaya çağırış edirəm. Bildiyiniz kimi Lalə Şövkət dövlət katibi vəzifəsinə ulu öndərin qərarı ilə təyin olunub. Onun üzərində Heydər Əliyevin etibarı olub. Mənəvi borcunu yerinə yetirsin, qoy Fəxri Xiyabanı ziyarət eləsin və ulu öndərin qarşısında “dövlət quran adama hörmət, ehtiram göstərirlər” mesajını açıq-aşkar cəmiyyətə versin.
Zahid Oruc Lalə Şövkətlə yanaşı Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərə də müraciət edib və onu da Heydər Əliyevin məzarını ziyarət etməyə çağırıb:
“Mən buradan Müsavat Partiyasını qeyri-rəsmi idarə edən İsa Qəmbərə müraciət edirəm. Bildiyiniz kimi İsa bəyin səhhətində problem yarandı və bu amildən seçkidə iştirak edə bilmir.
İsa Qəmbər hər yerdə özünü Əbülfəz Elçibəyin varisi elan edir. Çox yaxşı, çox gözəl, əgər elədirsə ona xatırlatmaq istəyirəm ki, ulu öndər Heydər Əliyev Əbülfəz Elçibəyin dəfn mərasiminə gəlmişdi. Qoy İsa Qəmbər də öz üzərindəki mənəvi borcu yerinə yetirsin və fəxri xiyabanı ziyarət etsin və göstərsin ki, dövlət quran kişilərə hörmət edirlər.
Etibar Məmmədovun da üzərində Heydər Əliyevin zəhməti olub. Dünyada gördüyünüz kimi Corc Vaşinqtonun qurduğu dövləti dağıdıb dövlət quracam deyən yoxdur. Donald Trampa da Ağ evdə bəzi şeyləri dəyişməyə icazə vermirlər”.
Qüdrət Həsənquliyev isə hakimkiyyətə gələcəyi təqdirdə ölkədə parlamentli respublika modelinə keçiləcəyini vəd edib. Partiya sədri hesab edir ki, ölkədə uğurlara nail olmağın yolu bu yöndə islahatlar aparılmasından keçir:
“Bu islahatlar konstitusiya islahatlarından başlamaldır. Hesab edirəm ki, biz parlamentli respublika modelinə keçməliyik.
Əgər xalqımız mənə etimad göstərərsə, bir il ərzində bu islahatlar həyata keçiriləcək və 2019-cu ilin oktyabrında yeni parlament seçkiləri keçiriləcək və onun nəticəsinə uyğun olaraq yeni hökumət qurulacaq.
Azərbaycanda bir çox problemlər ondan qaynaqlanr ki, hökumət üzərində ciddi müxalifət nəzarəti yoxdur. Məhz parlament idarə etmə isistemi imkan verəcək ki, hökumətin üzərində ciddi həm parlament həm də müxalifət nəzarəti olsun. Buna görə də hökumət daha çalışqan və daha məsuliyyətli olacaq. Hazırkı majoritar seçki sistemi partiyaların inkiaşfına təkan vermir. Məhz bu siyasi islahatların nəticəsi olaraq proporsional seçki sistemi bərpa olunmalıdır və parlamentdə yer sayı 150-ə çatdırılmalıdır.
Q. Həsənquliyev qeyd edib ki, iqtisadi sahənin inkişafının yolu investisiya qoyulmasından keçir. “Bunun üçün də həm yerli həm də xaricxi investorlar əmin olmalıdır ki, buna dövlət təminatı var. Ona görə də güclü məhkəmə hakimiyyəti olmalı və məhkəm islahaltarlı keçirilməlidir”.
Dəyirmi masada prezidentliyə namizəd İlham Əliyevi onun səlahiyyətli nümayəndəsi Əli Əhmədov əvəz edib. O, çıxışı zamanı ötən 5 il ərzində İlham Əliyevin həyata keçirdiyi islahatlar, layihələrdən danışıb, statistik rəqəmləri açıqlayıb. Vurğulayıb ki, ötən dövr ərzində ölkədə bir çox sahədə artım və inkişaf qeydə alınıb.
“Azərbaycan vətəndaşları 2018-25-ci illərdə yenidən azərbaycanın sürətli inkişafının şahidi olacaq. İlham Əliyevin əsas mesajını və şüarını çatdırmaq istəyirəm. Bu kampaniya da “İlhamla irəli” şüarı altında gedir” – deyə Ə. Əhmədov əlavə edib.
Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə isə çıxışında Azərbaycan müxalifətini banklardan milyonlarla pul vəsaiti əldə edib və bunu əlillərə yox, əyləncəyə xərcləməkdə ittiham edib:
“Azərbaycanda 3-cü qrup əlillər 50 manat, 2-cqrup əlillər əlillər 70 manat, 1-ci qrup əlillər isə 110 manat pensiya alırlar. Özünü müxalifət adlandıran, Zahid Orucun milli barışığa çağırdığı qüvvələr nə qədər alırlar. Ayda banklardan milyonlar çıxarırlar. Onlar bu əlillərə bir manat xərcləyirlərmi? Xərcləmirlər. Hamısı gedir eyş-işrətə və s. Mən onlarla hansı barışığa gələ bilərəm? Deputat olmağıma baxmayaraq kreditlə dolanan adamam. Azərbaycanı bu günə onlar qoyublar. Azərbaycanda olmaqlarına baxmayaraq onlar 5-ci kolondur, prezidentə də xəyanət edirlər, xalqa da”.
“Cəbhəçilərin təşəbbüs qrupu”nun namizədi Razi Nurullayev çıxışında siyasətdəki təhqir tendensiyasından danışıb və Fransada yaşayan azərbaycanlı mühacir Vidadi İsgəndərliyə müraciət edərək onu ritorikasını dəyişməyə çağırıb
“Hazırda Azərbaycan siyasətində çox pis ənənə formalaşıb. Söyüş və təhqir ənnəsi. Bu söyüş və təhqirlərə burada oturnlar da, dövlət başçısı da, mən də məruz qalıram. Sabah bu namizədlər arasından seçilən kim olursa olsun, o da məruz qalacaq. Deməli biz bununla birlikdə mübarizə aparmalıyıq.
Mən xüsusən Vidadi İsgəndərliyə müraciət etmək istəyirəm. Həbsdən çıxandan sonra mübarizədə bir yerdə olmuşuq. Şəxsən tanışlığımız olmasa bir cərgədə olmuşuq. Mən ona təklif edirəm ki, ritorikasını dəyişsin. Çünki bu ritorika vətəndaş qarşısdurmasına aparır, buna da yol vermək olmaz”.
Seçkinin boykot edilməsi barədə də fikirlərini bölüşən Razi Nurullayev hesab edir ki, 11 aprel seçkilərini sivil yolla hakimiyyət dəyişikliyinə çevirmək olar:
Mən demişəm, bu gün də deyirəm 11 apreli Azərbaycanda sivil vasitələrlə hakimiyyət dəyişikliyinə çevirə bilərdik. Bu gün də bu fikirdəyəm və xalqı səsləyirəm ki, seçkilərə gəlsin. Boykot sözünü unutsun, çünki boykot müsbət dəyişikliyə gətirib çıxarmayacaq. Biz 3 ildən çox müddətdə Azərbaycanda sivil, mədəni, kübar siyasətin formalaşması üçün mübarizə aparmışıq və seçiləcəyimiz təqdirdə ən azından Türkiyə siyasi modelinin oturşmasına çalışacağıq.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanda fikir plüralizmi, fikir ayrılıqları fonunda qarşıdurma yaranır. Bayaq Zahid Oruc Heydər Əliyevin adını çəkdi, razıyam, amma mənim də bir təklifim ondan ibarətdir ki, əgər xalq bizi seçərsə, adı xalqa və dövlət bağlı olan şəxslər Rəsulzadə, Elçibəy və Heydər Əliyev olacaq. Əgər biz bu şəxslərin birindən imtina ediriksə, Azərbaycanda siyasi barış olmaz və siyasi mədəniyyət oturuşmayacaq. Onun ümün də biz axıra qədər gedəcəyik”.
Azərbaycan Demokrat Partiyasının sədri, prezidentliyə digər namizəd Sərdar Cəlaloğlu isə çıxışında Əli Əhmədovun sadaladığı iqtisadi göstəriciləri tənqid etməyə üstünlük verib.
“Hakimiyyət nümayəndəsi elə anışır ki elə bil biz azərbaycanda yaşamırıq. Bilirsinizmi ki, Azərbaycan dünyada öz vətəndaşlarının ölkəni tərk etməsinə görə sıralamada birinci yerdədir? 3 milyondan artıq şəxs Azərbaycanı tərk edib.
Ümumiyyətləq iqtisadi inkişafdan danışırsa onun, əsas göstəricisidi dəyişiklikdir. Nazirlər 30 ildir nazirdir, deputatlar 20 ildir deputatdır. Dəyişilmə yoxdursa, hansı iqtisadi inkişafdan söhbət etmək olar?
Bu ilki dövlət büdcəsi əvvəlkindən 2 dəfə az müəyyən olunub. Bu o deməkdir ki, inkişaf geriyə gedib. Əgər inkişaf varsa, onda gərək büdcə əvvəlkindən artıq olsun. Deyirsiz ki, iqtisadiyyat 3.2 dəfə artıb, amma demirsiz ki, təbii resurslar nə qədər istismar olunub, onların nə qədəri xammal halında xaricə satılıb. Əgər onlar xammal kimi yox, istehsal olunmuş kimi satılsaydı bu gəlir və əlavə iş yerləri demək olardı”.
Azərbaycanda özəlləşdirilən müəssisələrin qeyri-qanuni şəkildə dağıdıkıb yerində başqa obyektlərin tikildiyini deyən prezidentliyə namizəd baş prokurorluğu bu məsələyə həssas yanaşmağa dəvət edib. O həmçinin ölkədəki işsizlik və boşanmaların da səviyyəsindən danışıb:
“Azərbaycan gənclərinin 60-70 faizi işsizdir. Narkomaniya, cinayətkarlıq, insan alveri buradan inkişaf edir. Ailələr sürətlə dağılır və bunun da əsas səbəblərindən biri iqtisadi çətiniklərdir. Gənclər ailə qura bilmir. 30-35, 40-45 yaşına qədər ailə qura bilməyən gənclər var. Çünki ev, iş, qazanc yoxdur. Ailəni nə ilə saxlaya bilər?
Biz əgər doğurdan da istəyiriksə, çiçəklənən Azərbaycan yaradaq, istəyiriksə ki, iqtisadi inkişaf olsun, bilməliyik ki, iqtisadi inkişafın olması üçün birinci növbədə şəffaflıq, yüksək səviyyəli kadrlar lazımdır. Kadrları prezidentə sədaqətə görə yox, xalqa, vətənə, dövlətə sədaqətə görə təyin lazımdır. Prezidentin də imkanı olsun ki, o adamları istənilən vaxt əməlinə görə cəzalandırsın.
Hansı nazir çıxır məlum olur ki, dövlətə milyardlarla ziyan vurub. Məsələn, bu yaxında Fazil Məmmədov çıxıb məlum olub ki, neçə milyard vergidən pul yayındırıb. Azərbaycanda neçə milyard dollar yol nəqliyyat tikintisinə pul ayrılıb, amma üst üstə 100 km yol yoxdu ki, o iki il ardıcıl işləsin.
Bütün yolla bu gündədir. İndi respublika prokuroru nyə belə yarıtma iş görən şirkətlərlə bağlı iddia qaldırmır? Xalqa dəyən ziyanın əvəzi ödənilmir?”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev iqtisadi sahədəki fikirlərini bölüşüb və bildirib ki, xaricdən Azərbaycana gətirilən məhsulların hamısı Azərbaycanda istehsal oluna biləcək məhsullardır.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə Azərbaycanda bu il keçirilən seçkilərdə müxalifətin iştirak etmədiyi ilə bağlı fikirlərin əsassız olduğunu deyib:
“Bu gün dünyada belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya bu seçkilərdə müxalifət iştirak eləmir. Bu çox yanlışdır və Azərbaycan dövlətçiliyinə ən böyük zərbələrdən biridir. Mən başa düşmürəm bu müxalifət ştampını öz üzərinə kim vurub. Burada biz nəyik? Dövlətin heç bir qolunda, parlamentdə iştirak etmirik, bizim mənəvi haqqımız var burada iştirak etməyə. Bizim adımızı gətirib bu il müxalifət iştirak etmir deməklə Azərbaycanda seçkilərə kölgə salmağın heç bir əhəmiyyəti yoxdur”.
H.Hacıyev onun ünvanına səsləndirilən tənqidlərdən də danışıb və deyib ki, həmin şəxsləri hakimiyyət daxilində olan adamlar maliyyələşdirir:
“Bu gün yoldaşlar dedi, Azərbaycanda hakimiyyətin daxilində öyrədilmiş bir qrup insanlar Avropanın küçələrinə səpiliblər. Gediblər ora, axşamacan bizi təhqir edirlər. Kimi edirlər? Ölkənin birinci şəxsini, Hafiz Hacıyevi. Mən sizin nəyinizi yemişəm, ay camaat? Yaxşı, sizin malını yeyənlər qalıb qıraqda. Ölkədə bəyəm bir nəfərdir?
Azərbaycan hökumətinin daxilində olan mənəvi cəhətdən satqın insanlar, Avropada xaricdə oturan, bizim şəkilləri yapışdıran insanları maliyyələşdirir, kleyi onlar alıb verir. Bu məsələlər ciddi məsələlərdir. Bizi söyürlər. Nə olub? Dünyanın beyin mərkəzləri, Azərbaycanı istəməyənlər, burada təxribat törətmək istəyənlər özləri də etiraf edir ki, dövlət çevrilişi edəcəklər. Yaxşı, respublika prokuorluğu hara baxır?
Bu çıxışdan sonra daha da güclü şəkildə bizim üzərimizə hücuma keçəcəklər. Amma buna yol vermək olmaz. Azərbaycandan gebib Fransa otirub, Hitlerin nəvəsi, Lamaniyanın prezidenti, baş naziridir, nədir onun yanında oturub Azərbaycanda dövlət çevrilişi etmək istəyir. Bunu eləyənlər hamısı azərbaycan hökumətinin içində olan məmurlardır. Onlar ki, ölkə başçısını görəndə kostyumların düymələrini bağlayırlar, çıxanda da deyirlər ki, eləyən odur”.