Minskdə 1918-19-cu illərdə qurulan Belarusiya Xalq Respublikasının qurulmasının 100 illiyi münasibətilə aksiya keçirilib. Aleksandr Lukaşenko hökumətinin qadağan etməsinə baxmayaraq ölkə müxalifəti yürüş keçirə bilib.
Belarusiyanın paytaxtında baş tutan etiraz aksiyasında iştirak edənlərə qarşı polis zorakılıq göstərib və jurnalistlərin hesablamalarına görə aksiyada ən azı 70 nəfər həbs olunub.
Cümə günü çıxış edən president Lukaşenko Belarusiyanın həmin dövrü haqqında “tariximizin məyus səhifəsi” ifadəsini işlədib.
Qadağalara baxmayaraq bazar günü minlərlə “Azadlıq günü” etirazçısı konsertdə iştirak edib və Belarusiyanın 1918-ci ildəki ağ-qırmızı rəngli bayrağı qaldırıblar.
Ötən ilki aksiyada isə 700-dən çox adam həbs olunmuşdu.
https://www.facebook.com/MikroskopMedia/videos/184049708986446/?t=0