Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kemerovodakı yanğına görə etiraz aksiyaları keçirilir. Putin deyir səbəb kriminal səhlənkarlıqdır

27 Mart 2018
A A
Kemerovodakı yanğına görə etiraz aksiyaları keçirilir. Putin deyir səbəb kriminal səhlənkarlıqdır

Rusiya prezidenti Vladimir Putin 64 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı Kemerovoya səfəri. Foto: Aleksey Drujinin / Sputnik/

Rusiyada, Sibirin Kemerovo şəhərində baş verən yanğına görə şəhərdə minlərlə adam etiraz aksiyası keçirir. Hadisə nəticəsində həlak olan 60-dan çox insanın yaxını və digər sakinlər regionun qubernatoru Aman Tuleyevin istefasını tələb edir. Azadlıq Radiosu xəbər verir ki, aksiyadakı plakatlardan birində həm yeni seçilən prezident Vladimir Putin, həm də qubernator Aman Tuleyevin həbsinə çağırış var.

Etirazçılar həm də “Korrupsiya öldürür!”, “İstefa!”, “Bizə həqiqəti deyin!” şüarları səsləndiriblər. Aksiya iştirakçıları arasında ölənlərin sayının dəqiq açıqlanmadığını düşünür.

Reuters İnformasiya Agentliyinin yaydığı məlumatda isə bildirilir ki, hadisə ilə bağlı açıqlamasında yanğının “kriminal səhlənkarlıq” səbəbindən baş verdiyini deyib:

Kemerovodakı yanğına görə Rusiya ərazisində kütləvi aksiyalar başlayıb. Foto: Aleksandr Skrilnikov / MBX media

“Burada nə baş verir? Bu, müharibə deyil, gözlənilmədən mədəndə baş verən metan qazı sızıntısı deyil. İnsanlar, uşaqlar istirahətə gəlib. Biz demoqrafiyadan danışırıq və çoxlu sayda insan itiririk. Niyə? Kriminal səhlənkarlığa görə. Bu necə baş verə bilər?”

Prezident Kemerovoda keçirdiyi görüşlərdə günahkarların cəzalandırılacağını da bəyan edib.
Martın 26-da “Zimnaya Vişnya” ticarət mərkəzində baş verən yanğında 60-dan çox adam həlak olub. Onlardan 41-i uşaqdır. Yanğın ticarət mərkəzinin kino zal və uşaq əyləncə mərkəzləri olan 4-cü mərtəbəsində başladığından ölənlər arasında uşaqlar daha çoxdur. Hadisə nəticəsində 10-dan çox adamın da itkin düşdüyü bildirilir.

Yanğın zamanı ticarət mərkəzinin çıxışlarının qeyri-qanuni olaraq bağlandığı da iddia edilir.

Mart ayının 28-ə isə yanğınla bağlı bütün Rusiyada matəm elan edilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia