Çərşənbə axşamı, 8 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tikintisinə mütəmadi olaraq pul ayrılan modul tipli məktəblər nədir, nə qədər əhəmiyyətlidir?

28 Mart 2018
A A
Tikintisinə mütəmadi olaraq pul ayrılan modul tipli məktəblər nədir, nə qədər əhəmiyyətlidir?

Tikintisinə mütəmadi olaraq pul ayrılan modul tipli məktəblər nədir, nə qədər əhəmiyyətlidir?

Bu ilin yanvarından etibarən Azərbaycanda modul tipli məktəblərin tikilməsi üçün 7 sərəncam imzalanıb. Bu sərəncamlarla ümumilikdə 23 rayonda 68 modul tipli məktəbin tikilməsi nəzərdə tutulub. Ölkə başçısı bu məktəblərin tikilməsi üçün Təhsil Nazirliyinə dövlət büdcəsindən 22 milyon 603 min manat vəsait ayırıb.
Hər sərəncamda rayonlarda tikiləcək modul tipli məktəblər üçün ayrılıqda nəzərdə tutulmuş vəsait qeyd olunub. Ümumilikdə isə hesablayanda hər məktəb üçün orta hesabla ayrılan məbləğ 332 min manat edir.
Bəs bu modul tipli məktəb nədir? Nəyə lazımdır? Digər məktəblərdən fərqi, üstünlüyü nələrdir?


Xaçmazın Bayoba kəndində 100 şagird yerlik yeni modul tipli məktəb. Foto: Azərtac

Azərbaycanda modul tipli məktəblər 2016-cı ildən etibarən tikilməyə başlayıb. Bu məktəblərin üstünlüyü ondadır ki, onun tikilməsinə daha az vaxt və vəsait sərf olunur. Belə məktəblər təxminən bir ay ərzində tikilib hazır olur və əsasən şagirdlərin sayına uyğun tikilir. 100-ə qədər şagird üçün nəzərdə tutulan belə məktəblərin sinif otaqlarının ölçüsünü də kiçildib bəöyütmək olur.

Təhsil Nazirliyinin saytında qeyd olunub ki, bu məktəblər həm də istənilən relyefə asanlıqla uyğunlaşdırılaraq tikilə bilir.
Məlumat da o da yazılıb ki, modul tipli məktəblərdə digər binalarla müqayisədə daha az tikinti materialından istifadə olunur və bu materialların əksər hissəsi Azərbaycanda istehsal olunur.

Təhsil Nazirliyin saytında belə məktəblərin 1 ay ərzində tikilib istifadə verilə bildiyi yazılsa da Azərbaycan təcrübəsində bu vaxt 5 aya qədər uzanır. Məsələn, bu il fevralın 16-da istifadəyə verilən Xaçmaz rayon Çılğır kənd modul tipli məktəbinin tikintisinə 2017-ci ilin sentyabrında başlanıb. Rəsmi dövlət agentliyi AzərTAc yazır ki, məktəbin ümumi sahəsi 300 kvadratmetrdir və 80 şagird üçün nəzərdə tutulub.
Ümumiyyətlə burada tikintinin nə vaxt başladığı bəlli deyil. Adı çəkilən kənddə modul tipli məktəbin quraşdırılması işlərinin davam etməsi barədə rəsmi dövlət agentliyi 2017-ci ilin avqustunda da reportaj dərc edib. Hətta reportajda qeyd olunur ki, tikinti yekunlaşmaq üzrədir. Buna baxmayaraq həmin bina yalnız bu ilin fevralında istifadəyə verilib.

Sabirabadda modul tipli 40 şagird yerlik məktəbin sinif otağı. Foto: İcra Hakimiyyətinin rəsmi saytı

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu tip məktəblər bir çox yerlərdə, Avropa və Amerikada da istifadə edilir. Ekspert düşünür ki, bu məktəblər şagirdlərin sağlamlığı üçün də faydalıdır.

İngiltərədə belə məktəblərin tikintisi ilə məşğul olan şirkətlər var. Modul tipli məktəb tikdirmək istəyənlərə təklif olunan qiymətlər 48 min sterlinqdən (təxminən 116 min manat) başlayır. Məktəbin ölçüsü, tikintisində istifadə olunan materialın keyfiyyəti artdıqca təbii ki, qiymət də artır.

Amerikadakı şirkətlərdən bəziləri isə kvadratmetri 50-60 dollar (təxminən 85 manat) civarında qiymət təklif edir.
Buna baxmayaraq 2016-cı ildən tikilməyə başlayan modul tipli məktəblər üçün Azərbaycanda həmin il Təhsil Nazirliyinə 2 milyon manat pul ayırılıb ki, bu məbləğ 6 belə məktəbin tikintisi üçün nəzərdə tutulub.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia