Şənbə, 9 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Zavod açılışı, görüşlər, proqram, memorandum imzalama. Həsən Ruhaninin Bakı səfərinin xronologiyası

22 May 2018
A A
Zavod açılışı, görüşlər, proqram, memorandum imzalama. Həsən Ruhaninin Bakı səfərinin xronologiyası

İlham Əliyev və Həsən Ruhani çay süfrəsində. Foto: president.az

İran prezidenti Həsən Ruhaninin ötən gün Azərbaycana iki günlük rəsmi səfəri başlayıb. Prezidentin səfəri zamanı keçirdiyi görüşlər, imzalanan sənədlər və müzakirə olunan mövzuların xülasəsini təqdim edirik.

İran Prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi. Foto: president.az

Səfər martın 28-i Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarını rəsmi qarşılama mərasimi ilə başlayıb. Səfərdə olan İran nümayəndə heyətinə İran xarici işlər naziri, neft naziri, sənaye, mədən və ticarət naziri, idman və gənclər naziri, İran prezident aparatının rəhbəri və nəqliyyat naziri daxildir.

Nümayəndə heyətində olan nazirlər azərbaycanlı həmkarları ilə ümumilikdə 8 sənəd imzalayıblar. Müxtəlif proqram və anlaşma memorandumlarından ibarət olan sənədlər ailə, qadın və uşaq, gənclər, mədəniyyət və turizm, iqtisadiyyat, eləcə də maliyyə sahələrində olub.

Azərbaycanla İran İslam Respublikasının rəsmiləri arasında qarşılıqlı sənədlərin imzalanması. Foto: president.az

Sənədlərin imzalanması başa çatandan sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan prezidenti İlham Əliyevin nitqindən bir neçə çıxarış:

1 İran Azərbaycana, Azərbaycan İrana sərmayə qoyur və bu sərmayə qoyuluşu hər iki tərəfin maraqlarına xidmət göstərir. Əminəm ki, bu səfərdən sonra, – biz bu gün bu barədə də danışmışıq, – əlavə sərmayə qoyuluşunun təşkili nəzərdə tutulacaqdır.
2 Keçən il mən İranda səfərdə olarkən biz Azərbaycandan İrana birinci qatarın qəbul olunmasını qeyd etmişik. Astaraçay üzərində tikilmiş körpü vasitəsilə birinci qatar İrana qədəm qoymuşdur.
3 Bu yaxınlarda – iki həftə bundan əvvəl Azərbaycanda qəbul edilmiş qərara əsasən İran vətəndaşları Azərbaycanda vizaları aeroportlarda alacaqlar. Artıq bu proses başlamışdır, yəni, sadələşdirilmiş viza rejimi həm bizim dostluğumuzu əks etdirir, eyni zamanda, turistlərin axınını şərtləndirir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin nitqindən bir neçə çıxarış:
1 Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik.

2 İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın.
3 Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir.

İlham Əliyev və Həsən Ruhani “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basarkən. Foto: president.az

Həsən Ruhaninin şərəfinə təşkil olunan rəsmi qəbuldan sonra prezidentlərin həm təkbətək, həm də geniş tərkibdə görüşü baş tutub.

Rəsmi səfərin ikinci günü Azərbaycan və İran biznes forumu ilə başlayıb. Heydər Əliyəv Mərkəzində baş tutan biznes forumda prezidentlər Neftçala Sənaye Məhəlləsində yaradılan “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə “Xəzər” avtomobil zavodunun açılışını bildirən düyməni basıblar.

Biznes forumdan sonra Həsən Ruhaninin Azərbaycana səfəri başa çatıb. O, Heydər Əliyev adına hava limanında fəxri qaravul dəstəsinin müşayiəti ilə yola salınıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia