Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əli Həsənov bu dəfə sosial şəbəkələrdən danışarkən Böyük Britaniyadan misal çəkib

06 Aprel 2018
A A
Əli Həsənov bu dəfə sosial şəbəkələrdən danışarkən Böyük Britaniyadan misal çəkib

İllustrasiya: mikroskop media

“Təhqir, nifrət, qəzəb, sanki bir söyüş maşını işə düşüb və bu maşını dayandırmaq mümkün deyil. Məqsəd cəmiyyətdə vətəndaş qarşıdurması yaratmaq, hakimiyyətlə xalq arasında münasibətləri pozmaqdır”.

Bu sözləri Mətbuat Şurasının təşkilatçılığı ilə “İnternet media və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: Media həmrəyliyi” mövzusundakı tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

“Bu yaxınlarda Məhəmməd Mirzəli və Orduxan Temirxan arasında dialoq yayıldı, onlar açıq şəkildə Azərbaycanda dövlət çevrilişinə çağırışlar edirdilər. Bu məsələlər bizi narahat etdi. Yəqin ki, müvafiq dövlət orqanları bu məsələləri araşdıracaq, müəyyən işlər görüləcək” – deyə Əflatun Amaşov bildirib.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə sosial şəbəkələrin Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində fəsadlara gətirib çıxarması barədə danışıb:

“Hətta 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı və bu addımın “zərərli çağırışların qarşısını almaq” məqsədi daşıdığı bildirildi. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib. Etiraf etməliyik ki, bəzi ölkələrdə müəyyən nəticələr də əldə olunub”.

Ə. Həsənov onu da deyib ki, bu gün Azərbaycanda “Facebook”, “Twitter”, “Youtube”, “Instaqram” və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşıb və 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bunun həqiqətən də böyük göstərici olduğunu bildirib.

“Təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir”.

Millət vəkili Aqil Abbas isə Azərbaycanın xaricdəki səfirliklərini olduqları ölkələrin qanunlarına uyğun olaraq bu hallarla mübarizəyə çağırıb: “İlana ağu verənlər burada da var, Azərbaycanın hüquq-mühafizə orqanları belələrinə qarşı da qanun çərçivəsində addımlar atmalıdır”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia