Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ATƏT-in aralıq seçki hesabatı niyə tənqid edilir?

06 Aprel 2018
A A
ATƏT-in aralıq seçki hesabatı niyə tənqid edilir?

Gəncə şəhərində YAP tərəfdarları İlham Əliyevin posterini yapşdırır. Foto: yenigence

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası prezident seçkiləri ilə bağlı yaydığı aralıq hesabat tənqid edilir. Hesab edilir ki, hesabat zəifdir və həqiqətləri ört-basdır edir.

Gəncə şəhərində YAP tərəfdarları İlham Əliyevin posterini yapşdırır. Foto: yenigence

REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı qeyd edib ki, hesabatın əsas problemi seçkiöncəsi vəziyyətin əsl mahiyyətinin göstərilməməsidir:

“Seçki öncəsi ölkədə siyasi məhbusların olması, müxalif saytların blok edilməsi, müstəqil çap mediasının olmaması, müxalif fikrin və müxalif siyasətçilərin televiziyaya buraxılmaması və s. və i. (siyahını uzatmaq olar…) haqqında ümumiyyətlə danışılmayıb”.

Azər Qasımlı hesabatda İlqar Məmmədovun adı çəkildiyi halda onun lider olduğu hərəkatın adının qeyd olunamamasından da danışıb:

“Bu cümlə isə ümumiyyətlə biabırçılıqdı: “Həmçinin bir siyasi hərəkat da qeyd etmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarına baxmayaraq, İlqar Məmmədovun seçkilərdə namizəd kimi iştirakının qarşısı alınmışdır.” Bunu oxuyan nə düşünməlidir? Niyə təşkilatın adı çəkilmir? Niyə İlqar Məmmədovun kimliyi ilə bağlı bir söz yazılmır? Niyə ReAl-a partiya qurultayının keçirilməsi üçün yerin verilmədiyini qeyd etmirsiniz?”

Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü Akif Qurbanov isə bildirib ki, ATƏT-in sonuncu hesabatı 2013 və 2008-ci ildəki rəylərini kölgədə qoyur:

“Bu basa-basda yalnız siyasi qərar əsasında gələn ATƏT Seçki Müşahidə Missiyasının seçkiləri niyə müşahidəyə gəldiklərini elə bugunkü hesabatlarında göstərdilər. İllər uzunu hesabatlarındakı seçki komissiyalarının formalaşması barəsindəki dəyişməyən cümlələri belə tamamən dekonstruksiyaya uğrayıb. Hətta o qədər gül vurublar ki, jurnalist və blogerlərin həbsinin peşə fəaliyyətlərilə əlaqəli olmadığını yazırlar. Ölkədə sanki siyasi məhbus nəinki var, heç onun mövzusundan belə söhbət açılmır”.

https://www.facebook.com/akif.qurbanov.1/posts/1883924761627152

 

“Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli isə hesabatda qeyd olunmayan detalların qərəzli olmadığını düşünür:

“Hesabat iki həftəlik dönəmə aiddir. Görürəm ki, bu hesabatda bir sıra məqamlar öz əksini tapmayıb. Amma bunun qərəzli olaraq baş verdiyini düşünmürəm. Mənə elə gəlir ki, bu, texniki səbəblərdir. Çünki iki həftə ərzində bu günə qədər olmuş bütün seçkilərlə bağlı dəyişiklikləri, yəni qanunvericiliyə dəyişikliklər, seçki həyatında olan proseslərin hamısını dəqiqləşdirib hesabata yazmaq çətin məsələdir. Bəlkə də çox intensiv çalışsaydılar bunların hamısını əhatə edə bilərdilər, amma əhatəlilik təmin olunmayıb, bir qədər təfsilatlı deyil”.

Anar Məmmədli hesabatda jurnalist və bloggerlərin öz peşə fəaliyyətlərinə aid olmayan səbəblərlə həbsdə olmasına da münasibət bildirib. Onun fikrincə, burada jurnalist və bloggerlərin qondarma ittihamlarla həbsdə olması nəzərdə tutulur:

“Jurnalistlərə gəldikdə isə orada nəzərdə tutulur ki, həbsdə olan jurnalist və bloggerlər öz peşə fəaliyyətləri ilə bağlı maddələrlə yox, başqa, qondarma maddələrlə, siyasi motivlərlə həbs ediliblər, sadəcə cümlənin quruluşu bir qədər əcaibdir. Amma ümumilikdə hesab edirəm ki, bu mühiti təsvir etməyə çalışıblar, göstərməyə çalışıblar ki, ölkədə alternativ siyasi rəqabət yoxdur”.

 

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia