Prezident İlham Əliyev ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu missiyasının rəhbəri Korin Yonkeri qəbul edib. AzərTAc-ın məlumatına görə, görüşdə apreldə baş tutacaq prezident seçkiləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli və şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əminliyini ifadə edib.
- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası Azərbaycanda keçiriləcək olan növbədənkənar seçkilərlə bağlı aralıq hesabatını yayıb.
- Hesabat seçki öncəsi siyasi durum, media azadlığı, təşviqat kampaniyası və başqa mövzular olmaqla 13 başlıq altında yayımlanıb.
- Ölkədəki bir sıra təşkilat və partiyalar hesabatı tənqid edib və hesabatın zəif olduğunu düşünür.