Milli Məclisinin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı xarici işlər naziri Elmar Məmmədyarovu istefaya çağırıb.
APA yazır ki, Fəzail Ağamalı Xarici İşlər Nazirliyini Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləməməkdə günahlandırıb.
Deputat qeyd edib ki, Azərbaycan həqiqətlərinin dünyada təbliği və haqqının tanınması üçün Azərbaycan prezidentinin müəyyən etdiyi prioritetlə nazir Elmar Məmmədyarovun fəaliyyəti uyğun deyil:
“Bu olduqca ağır mənzərədir. Çox yaxşı olardı ki, Elmar Məmmədyarov heç olmasa öz təşəbbüsü ilə istefaya getsin”.








