No Result
View All Result
“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun azadlığa buraxılması barədə qərar qəbul edilib. Bu gün Ali Məhkəmədə kassasiya şikayətinə baxılan jurnalistin ittiham edildiyi qanunsuz sahibkarlıq (192-ci maddə) maddəsinə xitam verilib və bu epizod üzrə günahı olmadığı bildirilib.
Onun vəkili Cavad Cavadov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ə.Orucova 3 il sınaq müddəti olmaqla şərti cəza verilib. Ə.Orucov özü prosesdə iştirak etməyib, yaxın saatlarda saxlanıldığı təcridxanadan azadlığa buraxılacaq. Cinayət Məcəlləsinin 308-2-ci maddəsi üzrə ittiham 308.1-ci bəndə tövsif edilib.
- Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Orucov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
No Result
View All Result