Bazar, 10 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Kainatın 84%-ni təşkil edən qara maddə nədir?

06 Aprel 2018
A A
Kainatın 84%-ni təşkil edən qara maddə nədir?

NGC 1052-DF qalaktikasının Hubble teleskopu ilə çəkilən fotosu. Foto: Pieter van Dokkum / AP

Yel Universitetinin professoru Pieter van Dokkum və komandası “Dragonfly Telephoto Array” adlı xüsusi teleskop vasitəsilə hazırda yaşadığımız “Süd Yolu” qalaktikası həcmində yeni bir qalaktika kəşf edib. Bu qalaktikanın əsas xüsusiyyəti isə orada qara maddənin olmamasıdır.

Bəs bu qara maddə nədir və elm adamları üçün onun varlığı və ya yoxluğu niyə bu qədər maraqlıdır?

NGC 1052-DF qalaktikasının Hubble teleskopu ilə çəkilən fotosu. Foto: Pieter van Dokkum / AP

Qara maddə astrofizikada elektromaqnit dalğalarla (radio dalğaları, gözlə görülən işıq, x-şüaları və s. ) qarşılıqlı əlaqəyə girməyən, mövcudluğu ancaq digər maddələr üzərindəki qravitasiya təsiri ilə müəyyənləşdirilə bilən maddədir.

Bu maadə haqqında ilk dəfə 1932-ci ildə Jan Hendrik Oort danışıb. 1933-cü ildə isə Kaliforniya İnstitunun isveçrəli alimi Fritz Zwicky qara maddənin var olduğunu iddia edib. Hətta Fritz Zwickynin elmi iddiaları 40 il ərzində heç bir ciddi qurum tərəfindən qiymətləndirilməyib.

Qara maddənin mövcud olduğunu qalaktikalarda müşahidə olunan bəzi anomaliyalar sübut edir.

Qalaktikaların dönmə sürəti, və ya onların tərkibindəki isti qazların paylanma dərəcəsində anomaliyalar tez-tez müşahidə edilir. Bunları da ancaq qara maddənin mövcudluğu ilə izah etmək mümkündür.

Məsələn, spiral formalı qalaktikaların mərkəzində maddə daha sıxdır. Ona görə də, buradakı ulduzlar digərlərindən daha sürətli şəkildə fırlanmalıdırlar. Ancaq araşdırmalar göstərir ki, vəziyyət heç də belə deyil. Qalaktikanın hər yerində ulduzlar demək olar ki, eyni sürətlə hərəkət edirlər. Alimlər bu anormallığa qara maddənin səbəb olduğunu düşünürlər.

Hubble teleskopu ilə fotosu çəkilmiş spiral qalaktika. Foto: Alamy

Kainatdakı ümumi maddə miqdarının təxminən 84 faizini qara maddə təşkil edir.

Bəzi alimlər isə bunun 70-75 faizinin qara enerji, 20 faizinin isə qara maddə olduğunu bildirir. Yerdə qalan az miqdarda maddə isə kosmosdakı bütün qalaktikaları təşkil edir. Yəni, Kainatın əsas hissəsi gözlə görülə bilməyən qara maddədən, başqa sözlə desək, boşluqdan ibarətdir.

Qara maddə kainatda bu qədər çox olduğu üçün alimlər onunla bağlı bütün suallara cavab tapmaq istəyirlər. Çünki bu bilgilər həyatımızı tamamilə dəyişə bilər.

Onu da qeyd edək ki, qara enerji ilə qara maddə arasında xeyli fərqli cəhətlər var. Məsələn, qara enerji kainatın hər yerində eyni miqdardadır, yazının əvvəlində verdiyimiz kəşflə bağlı məlumatdan da göründüyü kimi bu hal qara maddə üçün keçərli deyil.

Əsas fərq isə qara maddənin qalaktikaların yaranmasını və dağılmadan milyonlarla il ərzində sağ qalmasını təmin etməsidir. Qara enerji isə kainatın hələ də genişlənməyə davam etməsində rol oynayır. Bəs onda qara maddəsiz qalaktika necə yaranıb, necə yaşayır?

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia