Telegram messengerinin yaradıcısı Pavel Durov Britaniya vətəndaşlığını alıb. Bu isə Telegram Open Network-un Britaniyada rəsmi qeydiyyatdan keçməsindən sonra baş verib.
Sənədlərdə qeyd edilib ki, nizamnamə kapitalı 800 milyon dollar olan şirkət fevralın 28-də Londonda qeydiyyatdan keçib. Onun ofisi Vaterloo vağzalından biraz aralıda yerləşir.