Bazar ertəsi, 17 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Almaniyada işçilərin tətili ölkənin bəzi şəhərlərini iflic edib

10 Aprel 2018
A A
Almaniyada işçilərin tətili ölkənin bəzi şəhərlərini iflic edib

Frankfurt hava limanında maaş tələbi ilə keçirilən aksiyada Almaniyanın xidmət sektorunda çalışan işçilərin birliyi Verdinin rəhbəri Frank Bsirske çıxış edir. Foto: Kai Pfaffenbach / Reuters

Almaniyanın Frankfurt hava limanında xidmət sektorunda çalışan işçilərin tətil etməsi yüzlərlə uçuşun təxirə salınmasına səbəb olub. Reuters İnformasiya Agentliyi xəbər verir ki, işçilərin tətil etməkdə məqsədi razılıq əldə oluna bilməyən maaş artımı məsələsində təzyiqi artırmaqdır.

“Lufthansa” hava yolu şirkətinin açıqlamasına görə onların planlaşdırılmış 1600 uçuşundan 800-ü təxirə salınıb.

Almaniyanın ən qaynar hava limanlarından olan Frankfurtla yanaşı, Köln, Münix və Bremen aeroportlarında çalışanlar da tətilə qoşulub.

Almaniyanın ən böyük həmkarlar təşkilatlarından biri olan Verdi işçilərin maaşlarının 6 faiz artırılmasını tələb edib. Alman federal hökuməti və bələdiyyələr isə bu təklifi rədd edib.

Sərnişinlər Almaniya xidmət sektoru işlərinin yüksək maaş tələbi ilə keçirdiyi tətilə görə ictimai nəqliyyat bağlı olduğundan piyada gedir. Foto: Kai Pfaffenbach / Reuters

Uçuş vaxtını dəyişmək istəyənlərin çoxluğundan hava limanında uzun növbələr yaranıb. Aksiya ölkədəki bir çox sahələrə də təsir edib. Belə ki, Baden-Vuttemberqdə avtobuslar və qatarlar depolarda qalıb.

Ticarət Birliyinin rəhbəri Frank Bsirske bildirib ki, onlar belə kütləvi tətillə işə götürənlərə aydın mesaj göndərmək istəyirlər. O əlavə edib ki, əgər gələn həftə tutarlı təklif irəli sürülməsə, narazılıq daha da artacaq.

Danışıqların 3-cü mərhələsi aprelin 15-i başlayır.

Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində işçilər bu gündən tətilə başlayıblar. Əhali sayına görə ən böyük əyalətlərdən biri olan bölgədə ictimai nəqliyyat – avtobus, tramvay, qatar və metrolarlar işləmir. Səbəb isə, ictimai nəqliyyat işçilərinin də tətilə qoşulmasıdır. Artıq bununla bağlı ölkənin “SWB” nəqliyyat şirkəti xəbərdarlıq yayıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia