Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyev Azərbaycanı daha 7 il idarə edəcək

11 Aprel 2018
A A
İlham Əliyev Azərbaycanı daha 7 il idarə edəcək

İlham Əliyev və xanımı Mehriban Əliyeva VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətə gələrkən. Foto: president.az

İlham Əliyev və xanımı Mehriban Əliyeva VI Qlobal Bakı Forumunun iştirakçılarının şərəfinə verilən ziyafətə gələrkən. Foto: president.az

Mərkəzi Seçki Komissiyası bu gün keçirilən növbədənkənar prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb. Komissiyanın məlumatına görə, 8 namizəd arasında ən çox səsi hazırkı prezident, Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd İlham Əliyev toplayıb. O, 86.09 faiz səslə qalib gələrək növbəti 7 il müddətinə Azərbaycan prezidenti seçilib.

Seçkiyə qatılan digər namizədlərin topladıqları səs faizləri isə belədir:

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev – 3.4%

Öz təşəbbüsü ilə prezidentliyə namizəd Zahid Oruc – 3.07%

Azərbaycan Demokrat Partiyasının namizədi Sərdar Cəlaloğlu – 2.97%

Müasir Müsavat Partiyasının namizədi Hafiz Hacıyev – 1.51%

Azərbaycan Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə – 1.4%

Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev – 1.18%

“Cəbhəçilərin təşəbbüs qrupunun” namizədi Razi Nurullayev – 0.74%

Rəsmi məlumata görə, seçici fəallığı 74.51% olub. 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib.

Seçkiləri izləmək üçün 894 beynəlxalq, 58 min 175 yerli müşahidəçi akkreditə olunub.

ATƏT Parlament Assambleyası, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi də daxil olmaqla 60 təşkilat, eləcə də 59 ölkədən beynəlxalq müşahidə missiyaları seçki prosesini izləyib.

Müşahidəçilərin əksəriyyəti seçkilərin gedişatını müsbət qiymətləndirib, pozuntu qeydə alınmadığını bildiriblər.
Sosial şəbəkələrdə seçkidə bir seçicinin 1 dəfədən artıq səs verməsi, qutuya topa bülletenlərin atılması, bəzi müşahidəçilərin və jurnalistlərin seçkilərin gedişatını müşahidə etməsi, işıqlandırmasına maneələr yaradıldığı barədə məlumatlar, foto və videolar paylaşılıb.

MSK-nın sədr müavini Natiq Məmmədov bu hallarla bağlı açıqlamasında pozuntuların doğru məlumat olmadığını bildirib və qeyd edib ki, gün ərzində MSK-yə şikayət daxil olmayıb.

“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə prezident seçkilərində “exit-poll” keçirib. Onların hər birinin açıqladığı ilkin nəticələrdə İlham Əliyevin 80%-dən çox səs topladığı qeyd olunmuşdu.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia