Bu gün baş tutan növbədənkənar prezident seçkilərində “exit-poll” keçirən 4 təşkilat ilkin nəticələri açıqlayıb. Seçkidə Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı, ELS Müstəqil Araşdırmalar Mərkəzi, “Rəy” Monitorinq Mərkəzi və ABŞ-ın “Artur Filkenşteyn və Assosiasiya” şirkətinin Vətəndaşların Əmək Hüquqlarını – Müdafiə Liqası ilə birgə exit poll keçirib. Hər dördünün nəticələrinə görə İlham Əliyev seçkidə 80%-dən çox səs toplayıb.
Təşkilatların açıqladıqları detallı siyahılar aşağıdakılardır:
“Opinion Way”
İlham Əliyev – 86,53%;
Qüdrət Həsənquliyev – 3,10%;
Zahid Oruc – 2,92%;
Sərdar Cəlaloğlu – 2,81%;
Hafiz Hacıyev – 1, 73%;
Araz Əlizadə – 1,21 %;
Fərəc Quliyev – 1, 03%;
Razi Nurullayev – 0, 67%;
ELS Müstəqil Araşdırmalar Mərkəzi
İlham Əliyev – 82,71%
Qüdrət Həsənquliyev – 4.23%
Zahid Oruc – 3.7%
Sərdar Cəlaloğlu – 3.56%
Hafiz Hacıyev – 2.01%
Araz Əlizadə – 1.87%
Fərəc Quliyev – 1.33%.
Razi Nurullayev – 0.92 %
ABŞ-ın “Artur Filken şteyn və Assosiasiya” şirkəti
İlham Əliyev – 85.57%
Qüdrət Həsənquliyev 2.96%
Zahid Oruc 2.92%
Sərdar Cəlaloğlu 2.48 %
Hafiz Hacıyev 1.76%
Araz Əlizadə 1.42%
Fərəc Quliyev 1.52%.
Razi Nurullayev 1.37%
İlk iki təşkilatın “exit-poll” Naxçıvan MR istisna olmaqla bütün Azərbaycan ərazisində, sonuncu isə 40 seçki dairəsində keçirilib.
“Rəy” Monitorinq Mərkəzi
İlham Əliyev 84.49%
Qüdrət Həsənquliyev 3.72%
Zahid Oruc 3.21%
Sərdar Cəlaloğlu 3.04%
Araz Əlizadə 1.65%
Hafiz Hacıyev 1.57%
Fərəc Quliyev 1.46 %
Razi Nurullayev 0.86 %
Sorğu respublika üzrə 350 seçki məntəqəsində və 48 dairədə keçirilib.