Cümə axşamı, 18 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Jurnalist: Məntəqə yaxınlığında mülki geyimli polislər çəkilişə mane olur

11 Aprel 2018
A A
Jurnalist: Məntəqə yaxınlığında mülki geyimli polislər çəkilişə mane olur

Kəlbəcərli seçicilər respublika üzrə 34 rayonda səs verirlər. Foto: Azərtac

Kəlbəcərli seçicilər respublika üzrə 34 rayonda səs verirlər. Foto: Azərtac

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən prezident seçkilərinin gedişatı ilə bağlı danışıb və bildirib ki, hələ ki, qaynar xəttə şikayət daxil olmayıb. O bildirib ki, o bildirib ki, təşviqat prosesi lazımi səviyyədə aparıldığına görə seçicilər fəallıq göstərir. “Seçki prosesinin tam şəffaf aparıldığını həm də beynəlxalq müşahidəçilərin fikrinə əsasən demək olar. Onlar hamısı səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olduğunu bildiriblər” – deyə MSK sədri bildirib.

Komissiya həmçinin seçicilərin saat 15:00-a olan fəallığı ilə bağlı da son məluamtları açıqlayıb. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov jurnalistlərə açıqlamasında deyib ki, indiyə qədər 3 milyon 227 min 817 nəfər seçici səs verib. Bununla da seçkidə ümumi seçicilərin 60.74%-i iştirak edib.

Pozuntu halları da qeydə alınmağa davam edir. D18 hərəkatının sədri Ruslan İzzətli seçkidə pozuntu müşahidə etdiyini yazıb. Onun sözlərinə görə 42 saylı Sumqayıt ikinci seçki dairəsində 21 saylı seçki məntəqəsində “karusel” əməliyyatı keçirilib. R.İzzətli deyir ki, “karusel”də iştirak edən seçicilər məntəqənin yaxınlığındakı mərasim zalına toplanır və oradan 5-6 nəfərlik qrup halında səsverməyə gətirilir.

21 saylı Nəsimi seçki dairəsi, 8 saylı məntəqədə çəkiliş aparmaq istəyən jurnalist Cəmil Hacıyevə məntəqə sədri mane olub. Jurnalist bildirib ki, onun vəsiqəsi olduğu halda məntəqə sədri səsvermənin gedişini izləməyə icazə verməyib. Həmçinin məntəqənin yaxınlığında mülki geyimli polislərin olduğunu deyən C.Hacıyev həmin şəxslərin çəkiliş aparmaq istəyənlər barədə hara isə məlumat ötürdüyünü əlavə edib.

“Biz zorla qaçıb yaxınlıqdakı binalardan birinin blokunda gizləndik ki, bizi aparmasınlar” – deyə C.Hacıyev bildirib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia