Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Müxalifət 11 aprel seçkisinin nəticəsini tanımır

12 Aprel 2018
A A
Müxalifət 11 aprel seçkisinin nəticəsini tanımır

11 aprel növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edən seçici. Foto: Əziz Kərimov / AP

Aprelin 11-də keçirilən növbədənkənar prezident seçkiləri İlham Əliyevin 86.03% səs toplaması ilə başa çatıb. Mərkəzi Seçki Komissiyası və seçkilər zamanı “exit-poll” keçirən 4 təşkilatın açıqladığı nəticələr arasında ciddi fərqlər yoxdur.

Növbədənkənar seçkilər elan olunduqdan bir müddət sonra onun keçirilməsini boykot edən müxalifət partiyaları isə seçkinin nəticələrini tanımır və gedişatda pozuntulara yol verildiyini bəyan ediblər.

Müsavat başqanı Arif Hacılı “Məhsul” stadionunda keçirilən mitinqdə. Foto: Turan

Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün partiyanın qərargahında keçirdiyi mətbuat konfransında hakimiyyətin qələbəsini “Pirr qələbəsi” kimi qiymətləndirib və bu qələbənin mübarizəsiz şəraitdə əldə olunduğunu vurğulayıb:
“Azərbaycan hakimiyyəti bu seçkilərin nəticələrinə aludə olmamalıdır. Bu, Pirr qələbəsidir. Buna sevinmək lazım deyil. Çünki bu, mübarizəsiz oyunda əldə olunmuş qələbədir”.

A.Hacılı əlavə edib ki, seçkinin ənənəvi vaxtından əvvəl keçirilməsi cəmiyyətin seçkiyə köklənməyinə imkan verməyib:
“Azərbaycan xalqı bu seçkilərdə ancaq müşahidəçi rolunda iştirak etdi. Dövlət strurturlarında çalışan adamlar, müəllimlər, həkimlər, məmurlar həm seçkini təşkil edir, həm də orada iştirak edirdi. Xalq isə bu seçkidə yalnız müşahidəçi oldu. Bizim müşahidəçilərin, bloggerlərin, jurnalistlərin verdiyi məlumatlardan gəldiyimiz nəticəyə görə seçkilərdə yalnız 20%-dən az, təxminən 15% civarında seçici iştirak edib. Bu da əslində seçkilərin boykotunun baş tutması deməkdir”.

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Bərhuz Səmədov Mikroskop-a açıqlamasında bildirib ki, ötən gün keçirilən seçkilər kütləvi qanunsuzluq, saxtakarlıq və alternativ namizədin olmadığı şəraitdə keçirilib:

“Dünən keçirilmiş prezident seçkilərində alternativ namizədin olmamasına baxmayaraq, kütləvi qanunsuzluq və çoxsaylı saxtakarlıqlar qeydə alınıb. Müşahidəçilərə və jurnalistlərə seçki məntəqələrində birbaşa təzyiqlər edilib, bəzi hallarda isə fiziki zorakılıq halları qeydə alınıb. Topa bülletenlərin atılması, “karusel” əməliyyatları, kameraların bir neçə saniyəlik dayandırıb, sonra açılması da saxtakarlıq nümunələrindəndir”.

Növbədənkənar prezident seçkilərinə etiraz aksiyası. Foto: Turan

B.Səmədov 11 aprel seçkilərini eybəcər imitasiya kimi qiymətləndirib:

“Əvvəldən prezident seçkilərinin adəti vaxtından altı ay əvvələ keçirilməsi, ölkədə mövcud siyasi hakimiyyətin totalitar tendensiyalarının daha da güclənməsi və prezident seçkilərinin 5 yox, 7 ildən bir keçirilməsi barədə qərar 11 aprel seçkilərinin mahiyyətini ortaya qoymuşdu. Bu seçkilər demokratik dövlətin əsas simvollarından olan seçkilər sisteminə eybəcər imitasiya idi və cəmiyyətdə bu instituta inamını bir daha sarsıtdı”.

Milli Şura da seçkilərin nəticələrini tanımadığını bəyan edib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Obyektiv TV-yə müsahibəsində ötən gün keçirilən seçkinin seçki institutunun məhv edilməsi kimi qiymətləndirib:

“Seçkidə heç bir ciddi rəqibi olmadığı halda belə özünün seçki təyin etdiyi alternativlərlə heç olmasa seçki günü oyun qaydalarına əməl edə bilmədi. Siyasi baxımdan nə qədər bacarıqsız olmaq lazımdır ki, ölkə daxilində heç bir hörməti olmayan, heç bir strukturu olmayan, özünün şəxsən seçib loyallığına əmin olduğu, təyin etdiyi alternativlərlə də oyun qaydaları daxilində, Seçki Məcəlləsinə hörmət edərək seçki keçirə bilməyəsən”.

“Məhsul” stadionunda baş tutan növbədənkənar prezident seçkilərinə etiraz aksiyasında AXCP sədri Əli Kərimli. Foto: Turan

Əli Kərimli hesab edir ki, bu seçki Azərbaycan xalqının iradəsini əks etdirmir, legitim deyil:

“Biz bu seçkinin nəticələrini tanımırıq. Demokratik seçki üçün bizim mübarizəmiz bir gün də ləngiməyəcək və ona görə də hesab edirəm ki, bu seçkidə baş verənləri gördükdən sonra Azərbaycan vətəndaşları birmənalı şəkildə bizi başa düşəcəklər ki, gerçəkdən də meydanlara çıxmağın alternativi yoxdur”.

Partiya sədri əlavə edib ki, Milli Şura 14 aprelə mitinq təyin edən zaman seçkilərin belə nəticələnəcəyini təxmin edirdi.

Seçkini boykot etmiş daha bir hərəkat – D18 də növbədənkənar seçki ilə bağlı mövqeyini yayımlayıb. Hərəkatın rəhbəri Ruslan İzzətli Mikroskop-a açıqlamasında bildirib ki, hərəkat üzvləri seçkinin gedişatını müzakirə edib və onlar saxtakarlıq halları qeydə alıblar:

“Karusel əməliyyatı, topa bülletenlərin atılması, beynəlxalq və yerli qanunvericiliyin pozulması açıq-aşkar görünürdü. Hətta əvvəlki seçkilərdən fərqli olaraq bu il kamera olan məntəqələrdə belə seçki pozuntuları açıq-aydın görünürdü. Bəzən kameralar söndürülürdü, bəzən də onların qabağına hansısa əşyalar qoyulub bülletenləri doldururdular”.
R.İzzətli D18 hərəkatının 11 aprel seçkilərinin nəticələrini tanımadığını bəyan edib:

“11 aprel ölkədə demokratiyanın, insan haqlarının boğulduğu siyasi mühitdə keçirilib. Bu tarix total saxtakarlıqla yadda qalıb. Bu seçkilər Azərbaycan xalqının iradəsini ifadə etmir və qeyri-legitimdir. Biz onun nəticələrini tanımırıq”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia