Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sərdar Cəlaloğlu deyir ki, gözlədiyindən də artıq səs toplayıb

12 Aprel 2018
A A
Sərdar Cəlaloğlu deyir ki, gözlədiyindən də artıq səs toplayıb

11 aprel növbədənkənar prezident seçkilərində səs verən vətəndaş. Foto: Əziz Kərimov / AP

Hazırkı prezident İlham Əliyevin 86.03% səslə qalib gəldiyi növbədənkənar prezident seçkilərindəki rəqiblərinin bir neçəsi artıq onu qələbə münasibətilə təbrik edib. Digər 7 namizəddən heç biri seçkinin gedişatı və nəticələri ilə bağlı tənqidi fikir deməyib.

Sərdar Cəlaloğlu seçkidə səsvermə hüququndan istifadə edəndən sonra jurnalistlərə müsahibə verir. Foto: Screenshot

Seçkidə 2.97% səs toplayan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Mikroskop-a açıqlamasında bildirib ki, o, gözlədiyindən də artıq səs toplayıb.

“Seçkilərin faktikti nəticəsinə görə İlham Əliyev həqiqətən də qalib gəlib. Mənim resurslarım və eləcə də mənə qarşı aparılan mübarizə mənim bu seçkilərdə gözləyimdən də artıq nəticə əldə eləsəm də qələbə üçün kifayət etməyib. Mən həm seçkidə iştirak edən 7 nəfər, həm də seçkini boykot edən güclə mübarizə apardığım üçün mənim əleyhimə daha çox mübarizə gedib, nəinki digər namizədlərin. Daha doğrusu onların apardığı mübarizə daha çox mənə ziyan verib, nəinki İlham Əliyev və başqalarına. Bütün bunları nəzərə alaraq seçkilərdə əldə etdiyim nəticələri gözləntilərimdən də artıq nəticə hesab edirəm” – deyə partiya sədri bildirib.

Sərdar Cəlaloğlu hesab edir ki, qalib namizədlə digərlərinin topladığı səs faizləri arasında olan kəskin fərq bəzən şübhə doğura bilər. Amma bunun günahı seçkilərdə rəqəmləri süni şişirdən məmurlardadır:

“Rəqəmlərin belə fərqli olması Azərbaycanın imicinə mənfi təsir edir. Məmurlar İlham Əliyevə yarınmaq üçün qəsdən seçkiləri elə şişirdilər ki, o rəqmələrə baxan istənilən avropalıda şübhə yaranır”.

Partiya sədri seçkidəki nəticəsini qələbəyə bərabər olan məğlubiyyət kimi qiymətləndirib.

“Mən ənənəvi müxalifətin apardığı yarıtmaz siyasətin və 30 illik uğursuz fəaliyyətinin qurbanına çevrildim”

“Cəbhəçilərin təşəbbüs qrupu”ndan namizədliyi irəli sürülən və MSK-nın açıqladığı rəqəmlərə görə 0.74% səs toplayan Razi Nurullayev də topladığı səs sayından razıdır. O hesab edir ki, seçkidə qalib gəlməməyinin səbəbi müxalifətin uğursuz siyasətidir:

Razi Nurullayev seçki məntəqəsində yerli və xarici jurnalistlərin suallarını cavablandırır. Foto: şəxsi arxiv / facebook

“Nə qazandığım səslərdən narazıyam, nə də seçkilərdən. Bu nəticəni Azərbaycanın siyasi reallığının və müxalifətin hazırkı durumunun güzgüsü kimi dəyərləndirirəm. Əslində biz normal vəziyyətdə hətta qələbə də qazana bilərdik. Sadəcə xalq seçkini yox, müxalifəti boykot etdi. Mən ənənəvi müxalifətin apardığı yarıtmaz siyasətin və 30 illik uğursuz fəaliyyətinin qurbanına çevrildim”.

R.Nurullayev vurğulayıb ki, o seçkidə iştirakı ilə Azərbaycan müxalifətinin varlığını sübut edib.

“Biz gələcəyə möhkəm bir körpü sala bildik. Və bu körpü ilə xalqımızı daha gözə, ləyaqətli həyata və siyasətə apara biləcəyik. Hal-hazırda məni emosiyalara qapılıb təhqir edənlərin, söyüş söyənlərin nifrəti yaxın zamanlarda məhəbbətə çevriləcək. Hər birinə əmin-amanlıq, xoşbəxtlik və səadət arzulayıram.”

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia