Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İlham Əliyev qələbə konsertinə niyə qeyri-rəsmi geyimdə gəlib? İzah edirik!

13 Aprel 2018
A A
İlham Əliyev qələbə konsertinə niyə qeyri-rəsmi geyimdə gəlib? İzah edirik!

İlham Əliyev prezident seçilməsi ilə bağlı baş tutan qələbə konsertinə qatılıb. Foto: Azərtac

İlham Əliyev əvvəlki prezident seçkilərində olduğu kimi bu dəfə də seçkiqabağı təbliğat-təşviqat kampaniyasında özü şəxsən iştirak etməyib. Debatlarda və təbliğat mitinqlərində onu səlahiyyətli nümayəndələri əvəz edib. 11 aprel seçkilərində qələbəsi elan olunandan təxminən 24 saat sonra isə İlham Əliyev xalq qarşısında çıxış sükutunu pozub, qələbə konsertinə qatılıb. Yenidən prezident seçilən dövlət başçısı qeyri-rəsmi geyimdə və ailəsi ilə birlikdə seçkilərdəki qələbəsinin qeyd olunduğu konsertə gəlib.

Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan və bir çox estrada ulduzunun iştirak etdiyi konsertdə 5 dəqiqəlik nitqlə çıxış edən İlham Əliyev ən çox aşağıdakı sözlərdən istifadə edib.

İnfoqrafika: mikroskop media

Diplomatiyada hər hansı dövlət rəsmisinin tədbirə qeyri-rəsmi geyimdə qatılmağının mənası nədir?

İlham Əliyev ailə üzvlərindən fərqli olaraq konsertə tünd rəngli geyimdə, qara şalvar, qara sviter və pencəklə qatılıb. Siyasətçilərin bu rəngdə geyim seçimi həmin rəngin xüsusiyyətinə əsasən gücü sevmək və ambisiya kimi qəbul olunur. Məhz seçki ərəfəsində qara rəngi seçmək bu şəxs haqqında həm də mühafizəkar olduğu fikrini formalaşdıra bilər.

Ekspertlər deyir ki, sviter geyinmək isə siyasətçi haqqında mühafizəkar, ağıllı və sadə adam təəssüratı oyada bilir. “Rahat biznes” üslubu siyasətçini əlçatımlı edir. Yəni, siyasi lider bu geyimdə rəsmi üslubda olduğundan daha çox əlçatımlı olduğu mesajı verir. Bu geyim tərzi ictimai tədbirlərdə kütləyə çatmaq, onlara müraciət etmək üçün uğurlu seçimdir.

Bəs adətən geniş kütlə qarşısında çıxış etməyən, yerli mediaya demək olar ki, müsahibə verməyən və qalib gəldiyi seçki ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən tənqid olunan İlham Əliyevin bu tədbirə qeyri-rəsmi geyimdə qatılmağı, ümumiyyətlə orada iştirakı nə deməkdir?

Sualımızı politoloq Ərəstun Oruclu cavablandırıb: “İlham Əliyevin qeyri-rəsmi geyimdə qələbə konsertinə gəlməsi seçkiqabağı vəziyyətdə, seçkiyə hazırlıq dönəmində baş verən hadisələrdən doğan digər bir nəticədir. Seçkinin həm vaxtının, həm də prezidentlik müddətinin dəyişdirilməsinin bu seçkini digərlərindən tamamilə fərqləndirdi. Həm də dövlət orqanları çalışırdılar ki, seçkidə maksimum yüksək rəqəmlər göstərsinlər”.

İllustrasiya: mikroskop media

O bunun səbəbini hazırda dünyadakı çətin geo-siyasi vəziyyətlə izah edib. Politoloq deyir ki, Azərbaycan ətrafında geo-siyasi vəziyyət durmadan daralır və ağırlaşır, hətta Azərbaycan nəinki bölgənin, ümumiyyətlə dünyanın ən qaynar nöqtələrindən birinə düşür:

“Suriyada getdikcə hərbi münaqişə qaçılmaz hal alır. ABŞ-ın bölgədə gücünün zəifləməsi, Suriyada hazırda davam edən provakasiyalar Azərbaycanın önəmini artırır. Çünki hazırda əsas hədəf olan İrana qarşı hər hansısa hərbi əməliyyat keçirmək istəyən ölkələrə Azərbaycan lazımdır. Digər tərəfdən də Azərbaycandan İrana qarşı istifadə etmək istəyənlərlə yanaşı, İranı qorumaq istəyənlər də var. İlham Əliyev çətin seçim qarşısındadır, amma o, qərar verən şəxs deyil. Qərar kənarda veriləcək, o da bunu icra edəcək. Bu da istənilən halda Azərbaycan xalqı üçün təhlükədir”.

Rusiyanın seçki bitər-bitməz Azərbaycanla Xəzərin statusu ilə bağlı sammitə hazırlıq müzakirələrindən də danışan Ərəstun Oruclu deyir ki, bu, faktiki olaraq Azərbaycanın Xəzər üzərində suverenliyini itirməsinə gətirib çıxaracaq. Xəzər isə Azərbaycan iqtisadiyyatının 90%-i deməkdir.

Bu təhlillərinin nəticəsi olaraq politoloq hesab edir ki, İlham Əliyev hazırda mürəkkəb vəziyyətdədir və verəcəyi qərarlarının məsuliyyətini xalqla bölüşmək, ondan dəstək almaq istəyir. Bu dəstəyin isə baş tutacağı ona inandırıcı görünmür:

“Belə bir mürəkkəb vəziyyətdə və indiki mərhələdə İlham Əliyevə illər boyu istismar elədiyi, aldatdığı, rüşvətə, korrupsiyaya, soyğunçuluğa, yoxsulluğa, haqsızlığa məruz qoyduğu xalqın dəstəyi lazımdır. Bütün bu şoular ondan ötrüdür və mən inanmıram ki, o, bu dəstəyi alacaq. Ona görə ki, Azərbaycan hakimiyyəti qısa müddətdə düzələsi deyil, düzəlsə belə bunun xalqın rifahına müsbət təsirinin olması üçün illər lazımdır. Ümumiyyətlə mən onların soyğunçu davranışdan imtina edəcəyini düşünmürəm”.

İlham Əliyev ailə üzvləri ilə birgə öz qələbə konsertinə qatılıb. Foto: Azərtac

Ə.Oruclu deyir ki, seçkiqabağı sosial şəbəkələrdə saxta profillərlə İlham Əliyevi dəstəkləyən status və şərhlərin yazılması sosial şəbəkələrdə prezidentin dəstəkçiləri olduğu görüntüsünü yaratmaq, müəllimlərin, tələbələrin seçkidə bir neçə dəfə səs verməyə məcbur edilməsi də xalqın seçkidə aktiv iştirakı fikrini formalaşdırmaq məqsədi daşıyır.

“Bu tədbirdə İlham Əliyevin xalq qarşısına çıxmağı da bu şounun bir hissəsidir. Seçkiqabağı kampaniyada o, bir dəfə də olsun çıxıb bir kəlmə söz demədi, bir debatda iştirak etmədi, bir müsahibə, bir mətbuat konfransı eləmədi, indi də birdən kütlə qarşısına çıxır. Bu, şoudur. Bunun da səbəbi dediyim kimi, İlham Əliyev artıq bilir ki, bu, tarixi məsuliyyətdir və bu məsuliyyəti də xalqla bölüşmək istəyir. O, hakimiyyəti, neft gəlirlərini, xalqa məxsus olan dövlətin gəlirlərini xalqla bölüşməyib, amma indi məsuliyyəti xalqla bölüşmək istəyir. Məqsəd budur, başqa heç bir şey”.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia