Şənbə, 17 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiya Duması ABŞ-a sanksiya tətbiq etmək istəyir

13 Aprel 2018
A A
Rusiya Duması ABŞ-a sanksiya tətbiq etmək istəyir

Foto: Aleksey Nokolski / TASS

Foto: Aleksey Nokolski / TASS

Rusiya Parlamentinin aşağı palatası Duma ABŞ əleyhinə sanksiya nəzərdə tutan qanun layihəsi hazırlayır. Reuters xəbər verir ki, qida, alkoqol və dərman məmulatlarının daxil edildiyi qanun layihəsi bu məhsulların ABŞ-dan idxalını qadağan edir. Dumadan bildirilib ki, bu, ABŞ-ın ötən həftəki hərəkətinə cavabdır.

Lakin qanun layihəsinin olduğu kimi qəbul olunacağı, yoxsa düzəliş üçün Kremlə geri göndəriləcəyi hələlik dəqiq məlum deyil. Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Rusiya qanunverici orqanının Amerika əleyhinə belə addım atmaq istəməsi başa düşüləndir. O vurğulayıb ki, Kreml hələ ki, qanun layihəsi ilə tanış olmayıb.

Qanun layihəsi qəbul olunarsa, bu, ABŞ şirkətlərinə mənfi təsir edə bilər, amma eyni zamanda insanların “Mc Donald`s”a axın edib “Boeing” təyyarələri ilə səyahət etdiyi və “Apple” markalı telefonlar işlətdiyi Rusiyada da ciddi problemlər yarada bilər.

Layihədə qeyd olunur ki, onun hazırlanmasında məqsəd Rusiyanın təhlükəsizliyini və maraqlarını ABŞ-ın və digər xarici dövlətlərin dostyana olmayan və qeyri-qanuni hərəkətlərindən qorumaqdır.

Rəsmi statistikaya görə Rusiya 2017-ci ildə ABŞ-dan 12.5 milyard dollar dəyərində məhsul idxal edib. Bura təyyarə, maşın, əczaçılıq və kimyəvi məhsullar daxildir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia