Şənbə, 19 İyul 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

AXCP sədri Əli Kərimlinin 14 aprel mitinqindəki nitqi

14 Aprel 2018
A A
AXCP sədri Əli Kərimlinin 14 aprel mitinqindəki nitqi

Əli Kərimli mitinqdə çıxış edir. Foto: Turan

Əli Kərimli mitinqdə çıxış edir. Foto: Turan

Ey Azərbaycanın ləyaqətli, haqqa, ədalətə dayaq olan oğulları, qızları, hamınızı ürəkdən salamlayıram!

Seçki saxtakarlığı bütün dünya boyu ifşa olunub. Bütün dünya İlham Əliyevin saxta seçkilər nəticəsində hakimiyyətini davam etdiyini deyir. Bunların da bütün dünya ilə bacaracağı iş yoxdur, hamısının əvəzini bizdən çıxmaq istəyirlər. Ona örə də bu mitinqin alınmaması üçün indiyə qədər etdiklərindən də artıq etdilər. Hazırda AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov başda olmaqla 8 nəfər inzibati qaydada həbs olunub, 15-30 sutka ərzində yüzlərlə fəal polis idarələrinə aparılıb, hədələnib, yollar bağlanıb insanların qarşısını almaq üçün hər şey ediblər. Amma buna baxmayaraq sizlərin qarşısını kəsə bilməyiblər, bunu bacarmayıblar. Eşq olsun sizlərə!

Əziz həmvətənlər, hörmətli mitinq iştirakçıları və bizi kənardan izləyən, izləyəcək Azərbaycan xalqı, hamınıza təşəkkür borcumuz var. Hökumətin yalanlarına inanmadığınız, saxtakarlığına uymadığınız üçün, seçkiləri boykot etdiyiniz üçün, İlham Əliyevi 11 apreldə öz saxtakar komandası ilə baş-başa buraxdığınız üçün, o seçkinin nəticələrini tanımadığınız üçün bütün xalqımıza təşəkkür borcumuz var.

Əziz həmvətənlər, gördünüz ki, biz seçkiləri boykot etdik, seçkiləri seçki məzhkəsi olduğu adi ilə çağırdıq. Xalqımız gəlmədi bu seçkilərə. Bütün dünya da bizim dediklərimizi dedi. Bütün dünya, ATƏT, Avropa Birliyi, Amerika Konqresi, bütün özünə hörmət edən demokratik dünya dedi ki, bu seçkilər legitim olmayıb, beynəlxalq standartlara uyğun olmayıb, Azərbaycan xalqının iradəsini ifadə etmir. Biz hər zaman deyirdik ki, biz ayaqda olanda dünya da arxamızda olacaq. İndi mən sizə deyirəm ki, əgər biz indikindən də artıq fədakarlıq etsək, o zaman dünya da indikindən artıq dəstək verəcək. O zaman Azərbaycan xalqı gerçək, haqq etdiyi azadlığına qovuşacaq.

Azərbaycandakı seçki saxtakalığına qiymət verən bütün beynəlxalq təşkilatlar bu seçkilərin saxta olmasının daha bir sübutu kimi Azərbaycanda 100-dən artıq siyasi məhbusun olmağını göstərdilər. Bu seçki tamaşası bütün dünyanın diqqətini Azərbaycandakı siyasi məhbuslara cəlb etdi. Çünki ilk növbədə biz öz məhbus bacı və qardaşlarımıza sahib çıxmışıq. Biz onları unutmadığımız üçün dünya da unutmadı.

Dünyanın aparıcı nəşrləri, aparıcı beynəlxalq təşkilatlar bizim siyasi məhbuslardan yazdılar. Ona görə də biz yorulmadan, usanmadan məhbus dostlarımıza azadlıq tələb etməliyik. Biz bu meydanlara həm də ona görə toplanırıq ki, Gözəl Bayramlıya, Fuad Qəhrəmanlıya, Mehman Hüseynova, Seymur Həziyə, Taleh Bağırzadəyə, İlqar Məmmədova, Asif Yusifliyə, Məmməd İbrahimə, İlkin Rüstəmliyə, Əfqan Muxtarlıya, Murad Ədilova, Fuad Əhmədliyə, Elçin İsmayıllıya, biz bura ona görə toplaşırıq ki, dindar qardaşlarımıza həmçinin Mövsüm Səmədova, Hacı Zülfüqara, Hacı Abgülə, Hacı Ruhullaya, gənc fəallara, Qiyas İbrahimə, Bayram Məmmədova, Elgiz Qəhrəmana, Ziya Əsədliyə, Əlikram Xurşudluya, Rüfət Səfərova və bütün siyasi məhbus qardaşlarımızın hamısına ürəkdən və birlikdə azadlıq deyək.

Bu yeni saxta seçkilərə qiymət vermək üçün buradayıq. Siz gördünüz ki, 15 illik hakimiyyətdən sonra Azərbaycanın bütün sərvətlərini mənimsəyib offşorlara daşıdıqdan sonra milyonlarla azərbaycanlını ölkəsindən didərgin salandan sonra, milyonlarla azərbaycanlını öz ailə banklarına borclu salandan sonra, milyonlarla azərbaycanlını kasıbçılığa, çörəyə möhtac edəndən sonra utanmadılar bu dəfə də “İlhamla irəli” dedilər.

Verdikləri də zillətdir, məhrumiyyətdir, ondan artıq bacardığı bir şey yoxdur. Ona görə də daha artıq 7 il hakimiyyətdə qalmağı yox, ölkə hakimiyyətini tərk etməyi fikirləşmək lazımdır.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia