Bu gün prezident İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.
Andiçmədən öncə Konstitusiya Məhkəməsinin hakimləri və sədri shnəyə dəvət olunub və sədr Fərhad Abdullayev çıxış edib. O da and içmək üçün İlham Əliyevi dəvət edib. Prezident əvvəlcə səlahiyyətlərini həyata keçirərkən Konstitusiyaya əməl edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə söz verərək Konstitusiyaya and içib.
Sonra isə prezident Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağını, onları daim uca tutacağını deyərək “Quran-i Kərim”ə and içib.
Mərasimdən sonra İlham Əliyev çıxış edib və bununla da and içmə başa çatıb. Daha sonra İlham Əliyev Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.