Çərşənbə axşamı, 12 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Yeni seçilən prezidentlər niyə and içirlər?

18 Aprel 2018
A A
Yeni seçilən prezidentlər niyə and içirlər?

Bu gün İlham Əliyev Konstirusiyaya və Qurana and içərək səlahiyyətlərinin icrasına başlayıb. Foto: president.az

Yeni seçilən prezidentlər vəzifə səlahiyyətlərinə başlamadan əvvəl hər ölkə özünə uyğun olaraq Konstitusiya və ya müqəddəs sayılan dini kitaba əl basaraq and içir. Andiçmə mərasiminin detalları adətən ölkə konstitusiyalarında yer almır, dini kitaba and içmək əksər ölkələrdə qanuni tələb deyil. Bu mərasim daha çox demokratik ölkələrdə yeni seçilən prezidentin vəzifəyə başlaması üçün açılış mərasimi xarakteri daşıyır.

Azərbaycan andiçmə necə baş tutur?

Azərbaycandakı Qanunvericiliyə görə prezident seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının hazırladığı yekun protokol Konstitusiya Məhkəməsinə təqdim olunur və bu məhkəmə yekunları təsdiqləyir və nəticələri rəsmi elan edir. Konstitusiyanın 103-cü maddəsinə görə prezident seçkilərində qalib gələn namizəd bu rəsmi təsdiqlənmədən sonra 3 gün ərzində and içir.

Bu gün İlham Əliyev Konstirusiyaya və Qurana and içərək səlahiyyətlərinin icrasına başlayıb. Foto: president.az

Azərbaycan Konstitusiyasında da prezidentin dini kitab “Quran-i Kərim”ə, ya da Konstitusiya kitabına and içməsi ilə bağlı tələb yoxdur. Yeganə tələb prezidentin and içərkən aşağıdakı sözləri təkrarlamalıdır:

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

Bəs prezidentlər niyə and içirlər?

Dünyada ilk andiçmə mərasimi 1789-cu il aprelin 30-da Amerika Birləşmiş Ştatlarında keçirilib. ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Nyu York şəhərində vəzifə səlahiyyətlərinə başlamadan əvvəl Bibliyaya əl basaraq and içib. ABŞ prezidentlərinin böyük əksəriyyəti bu ənənəi davam edib. Bunun da səbəbi onların əksəriyyətinin dini inancının xristian olması ilə bağlıdır. Xristian dinində nəyinsə üzərində and içmək qəbul olunmasa da dinindən asılı olmayaraq əksər prezidentlər vəzifələrinə başlamadan əvvəl bunu icra edir.

ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Nyu York şəhərində and içir. Foto: Konqres kitabxanasının arxivi

Məsələn, Barak Obama öz andiçmə mərasimində iki ədəd Bibliyadan istifadə edib. Bunlardan biri keçmiş ABŞ prezidenti Abraham Linkolnun, digəri isə Martin Lüter Kinqin olub. Teodor Ruzvelt isə andiçməsinə ümumiyyətlə dini kitab istifadə etməyib, Konstitusiyaya and içib.

Andiçmə mərasimi ümumilikdə tacqoymanın analoqu sayılır. Prezidentin öz vəzifə səlahiyyətlərinə başlaması, buna start verilməsi hesab olunur. Yəni, daha çox simvolikdir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia