Bazar ertəsi, 15 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Taleh Xasməmmədov saxlanılıb. Onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir

19 Aprel 2018
A A
Taleh Xasməmmədov saxlanılıb. Onu 3 ildən 7 ilə qədər həbs cəzası gözləyir

Foto: Rasim Rzayev / facebook

Siyasi Məhbusları Müdafiə Mərkəzinin (SMMM) üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədova qarşı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən APA-ya bildirilib ki, bu gün saat 11 radələrində Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları xidmətdə olarkən yol-hərəkət qaydasını pozan BMW markalı avtomobili saxlayıblar: “Yol polisinin əməkdaşı istifadəsində olan bort-kompyuterə nəqliyyat vasitəsinin məlumatlarını daxil edərkən onun barəsində həbs qərarının olması müəyyən edilib və avtomobili qanuna müvafiq qaydada duracağa yerləşdiriblər.
Bundan sonra avtomobilin sahibi, əvvəllər məhkum olunmuş Taleh Xasməmmədov DYPB-in rəisinin iş otağına gələrək dərhal avtomobilinin buraxılmasını tələb edib. Ona maşınının saxlanılmasının səbəbləri ətraflı izah edilib və bildirilib ki, cəriməni dəbbə pulu ilə birlikdə ödədikdən sonra nəqliyyat vasitəsini duracaqdan götürə bilər. Bununla razılaşmayan T. Xasməmmədov daha da aqressivləşərək xidməti otaqda öz xuliqanlıq hərəkətlərini davam etdirib, oradakı əşyaları dağıdaraq yararsız hala salıb. Onu sakitləşdirmək istəyən 3 polis əməkdaşına isə xəsarət yetirib ki, onlardan biri dərhal rayon xəstəxanasına yerləşdirilib. Buna baxmayaraq onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və saxlanılıb”.

Meydan TV hüququ müdafiəçisi Oqtay Gülalıyevə istinadən yazır ki, Göyçay Rayon Polis Şöbəsində polislər özlərinə xəsarət yetirərək, paqonlarını çırıblar. Taleh Xasməmmədova isə şöbədə fiziki zor tətbiq edərək, bu hərəkətin onun tərəfindən olduğuna dair ifadə almağa çalışırlar.

“Məqsəd onu həbs edib cəzalandırmaqdır. Çünki o, son zamanlar rayonda və ölkədə baş verən qanunsuzluqları, korrupsiya hallarını, məmur özbaşınalığını, seçki saxtakarlığını şiddətlə tənqid edənlərdəndir”. Oktay Gülalıyev belə deyib.
Əgər ittiham təsdiqini taparsa hüquq müdafiəçisini üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

  • T. Xasməmmədov 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamı ilə azad edilib.
  • İkinci dəfə 2015-ci ildə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib, 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.
  • Həmin vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu “vicdan məhbusu” elan edib.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia