Şənbə, 24 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gözəl Bayramlıya verilən 3 illik həbs hökmü qüvvədə qalıb

20 Aprel 2018
A A
Gözəl Bayramlıya verilən 3 illik həbs hökmü qüvvədə qalıb

Foto: şəxsi arxiv / facebook

Gəncə Apelyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlının apelyasiya şikayətini təmin etməyib. Turan İnformasiya Agentliyi xəbər verir ki, bu gün keçirilən məhkəmə Qazax Rayon Məhkəməsinin G.Bayramlının barəsində 3 il həbs hökmünü qüvvədə saxlayıb.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində keçirilən prosesdə hakim bildirib ki, Gürcüstan-Azərbaycan sərhəddində gömrük-buraxılış məntəqəsindəki kameraların görüntülərini almaq üçün Dövlət Sərhəd Xidmətinə və Dövlət Gömrük Komitəsinə sorğu göndərilib. Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin rəisi Mübariz Məmmədovun cavab məktubunda yazılıb ki, həmin görüntülər üçün Gömrük Komitəsinə müraciət olunmalıdır. Gömrük Komitəsindən isə bildirilib ki, görüntülər bir ay ərzində saxlanılır. Bu hadisədən isə bir ilə yaxın vaxt keçir.

Vəkil Elçin Sadıqov deyib ki, eyni cavab istintaq zamanı da alınıb.

“Biz istintaq zamanı İnternetdən əldə etdiyimiz bir sənədi təqdim etmişik. Həmin sənəddə göstərilir ki, Dövlət Sərhəd Xidmətinin 2012-ci ildə aldığı avadanlıqlar görüntüləri uzun müddət yaddaşında saxlamaq qabiliyyətindədir. Belə çıxır ki, Avropa İttifaqının qrantı ilə alınmalı olan avadanlıq alınmayıb, mənimsənilib?” – vəkil sual edib.

Dövlət ittihamçısı hökmün qüvvədə saxlanmasını istəyib.

G.Bayramlı həbsinin siyasi sifariş olduğunu deyib.

“Ədalətli qərar gözləmirəm. Nə sifariş verilibsə, o da olacaq. İstəyirsiniz, ittihamın ən ağır sanksiyasını verin”, – o qeyd edib.

Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan Azərbaycana qayıdanda saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Qazax Rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pulun tapıldığı iddia olunur. G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia