Çərşənbə, 29 Noyabr 2023
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
No Result
View All Result

Yeni təyin olunan nazirlər kimlərdir?

22 Aprel 2018
Reading Time: 3 mins read
A A
Yeni təyin olunan nazirlər kimlərdir?

İnam Kərimov, Rövşən Rzayev, Sahil Babayev, Samir Nuriyev. Kollaj: mikroskop media

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov 2012-ci ildən bu günə qədər Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri vəzifəsində çalışıb.
1977-ci il 6 iyunda Bakıda doğulan İnam Kərimov Humanitar fənlər Gimnaziyasında (1984-1994), ABŞ-ın İndiana ştatında Richmond High School-da (1994-1995) oxuyub.

1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunan yeni nazir 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

O, kariyerasına 2002-ci ildə Prezidentinin Administrasiyasında məsləhətçi kimi çalışmaqla başlayıb. 2004-2012-ci illərdə isə İ.Kərimov baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

İngilis, fransız, fars və rus dillərini bilir. Evlidir, iki övladı var.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev Milli Məclisin IV çağırış deputatı olub. 1962-ci il təvəllüdlü R.Rzayev “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin də üzvü olub.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin edilən Samir Nuriyev 1975-ci il tarixində Bakı şəhərində anadan olub. 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsi mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində çalışıb.

2003-2005-ci illərdə təhsilini ABŞ-ın “Duke” Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

2006-cı ildə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsində çalışıb.

2009-cu ildən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi olub.

İlham Əliyevin sərəncamı ilə 12 aprel 2016-cı ildən Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsində çalışıb.

14 fevral 2018-ci il-ci ildə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

2015-ci ildən Azərbaycan Respublikası Memarlar İttifaqının fəxri üzvüdür.

“Yeni Azərbaycan” partiyasının üzvüdür. Evlidir, iki övladı var.

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bundan öncə iqtisadiyyat nazirinin müavini olub. Qaynar.info-nun məlumatına görə, 1980-ci ildə anadan olan S.Babayev Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər” sahəsi üzrə bakalavr və magistr təhsili alıb. Hüquq üzrə fəlsəfə doktoru olan yeni nazir 2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Prezidentin 2014-cü ildə imzaladığı sərəncama əsasən S.Babayev Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı il yanvarın 30-da imzalanan sərəncamla isə Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Son yazılar

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızına qarşı cinayət işi açılıb 

by Mikroskop
21 Noyabr 2023
0
“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızına qarşı cinayət işi açılıb 

"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-i səhərə yaxın hava limanında, təyyarədən enərkən saxlanılıb. Onunla birlikdə təyyarədə olan ictimai...

Read more

Ülvi Həsənli saxlanılan zaman polis zorakılığına məruz qalıb

by Mikroskop
20 Noyabr 2023
0
Ülvi Həsənli saxlanılan zaman polis zorakılığına məruz qalıb

"Abzas Media"nın direktoru Ülvi Həsənli saxlanılan zaman polis zorakılığı ilə üzləşib. Bu barədə məlumatı medianın ofisindəki axtarışda iştirak edən zaman...

Read more

“AbzasMedia”-nın direktoru Ülvi Həsənli saxlanılıb, saytın ofisində isə axtarış aparılır

by Mikroskop
20 Noyabr 2023
0

"AbzasMedia"-nın direktoru Ülvi Həsənli saxlanılıb və Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb. Onun vəkili Zibeydə Sadıqovaya da polis zəng edərək...

Read more

Azərbaycan hökuməti ildə 5-6 tədbir keçirdiyi Berlindəki Mədəniyyət Mərkəzinə 19 milyon avro xərcləyib  – Araşdırma 

by Mikroskop
15 Noyabr 2023
0
Azərbaycan hökuməti ildə 5-6 tədbir keçirdiyi Berlindəki Mədəniyyət Mərkəzinə 19 milyon avro xərcləyib  – Araşdırma 

Müəllif: Fatimə KərimovaƏməkdaşlıq: Paul Schwenn Əgər il ərzində Azərbaycan mədəniyyətini tanıtmaq və təbliğ etmək məqsədilə müxtəlif tədbirlər keçirmək istəyirsinizsə, bunu...

Read more

Şahbuz rayonunun kənd məktəbində direktor wi-fi şifrəsini dəyişib internetdən ancaq özü istifadə edir

by Mikroskop
09 Noyabr 2023
0
Şahbuz rayonunun kənd məktəbində direktor wi-fi şifrəsini dəyişib internetdən ancaq özü istifadə edir

Naxçıvanın Şahbuz rayonu Külüs kənd orta məktəbində müəllimlərin məktəbə aid internetdən istifadəsinə qadağa qoyulub. Bu barədə “Gündəlik Naxçıvan“a bir qrup...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

“Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir”. (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan