Cümə axşamı, 15 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Qarabağı müstəqil respublika hesab edən Nikol Paşinyan kimdir?

23 Aprel 2018
A A
Qarabağı müstəqil respublika hesab edən Nikol Paşinyan kimdir?

İllustrasiya: mikroskop media

Nikol Paşinyan 1975-ci il iyunun 1-də Ermənistanda anadan olub. Jurnalist, siyasətçi və Ermənistan parlamentinin üzvü olan Nikol Paşinyan Ermənistanın ən çox satılan və Robert Köçəryan və Serj Sarqisyan hökumətini tənqid edən gündəlik “Haykakan Zhamanak” (Erməni vaxtı) qəzetinin redaktoru olub. Gündəlik qəzetin redaktoru kimi çalışdığı 1999-cu ildən etibarən Paşinyan keçmiş prezident Robert Köçəryan və hazırkı baş nazir Serj Sarqisyan əleyhinə təşkil olunan hərəkatlara böyük dəstək verib. 2000-ci ildə “Haykakan Zhamanak”ın baş redaktoru kimi başqa adamlara iftira atmaq ittihamı ilə həbs olunub.

Yerevanda keçirilən mitinqdə Nikol Paşinyan və etirazçı xanım. Foto: newsarmenia.am

Qəzet redaktoru kimi çalışdığı vaxtlarda siyasətçiyə sui-qəsd cəhdi də olub. 2004-cü il noyabrın 22-də 20:40-da Paşinyana məxsus olan və “Haykakan Zhamanak” redaksiyasının qarşısında saxlanan maşın partlayıb və yanmağa başlayıb. Paşinyan bunun ona qarşı sui-qəsd cəhdi olduğunu deyib. Onun sözlərinə görə, bu hadisəyə qədər son 3 ay ərzində o hər gün işdən 20:30-21:00 radələrində çıxıb. Həmin gün təsadüfən sağ qalıb, çünki o gün işdən həmişəkindən gec çıxıb. Yanğın maşının sürücü əyləşən hissəsini tamamilə yandırıb məhv edib.

Paşinyan sui-qəsd cəhdinin varlı biznesmen Gagik Çarukyan tərəfindən planlaşdırıldığını düşünür. O deyib ki, Çarukyan “Haykakan Zhamanak” qəzetinin onun Tsaghkadzor isitrahət zonasında villa tikmək üçün qanunsuz ağac kəsməsi ilə bağlı material yayımlamasından qəzəblənib və bu addımı atıb.

10 gündən çoxdur davam edən etirazlardan. Foto: Karo Sahakyan / AP

2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərində Levon Ter Petrasyanın seçki komandasında olub. 2008-ci ilin 1-2 mart iğtişaşlarından sonra Ermənistanda axtarışa verilib. 2009-cu ildə siyasətçi özü polisə təslim olub. 2010-cu ildə kütləvi iğtişaşların təşkilində ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilib. Bir müddət sonra məhkəmə onun hökmünü iki dəfə azaldıb, 2011-ci ildə isə Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı amnistiyada azadlığa buraxılıb.

2015-ci ilin dekabrında dövlət telekanalına müsahibəsində deyib ki, gizləndiyi müddət ərzində o heç vaxt Ermənistan ərazisini tərk etməyib və hətta əksər vaxtlarda Yerevan şəhərində olub. Siyasətçi həmin müddət ərzində tapılmamasını Milli Təhlükəsizlik Xidməti üçün utanc kimi dəyərləndirib.

2012-ci ildə “Milli Ermənistan Konqresi” blokunda təmsil olunaraq proporsional qaydada keçirilən seçkidə Ermənistan Parlamentinə deputat seçilib. O, 2016-cı ildən “Yelk” partiyasının üzvüdür.

2017-ci ildə Yerevan merliyinə namizədliyini verib. 23% səslə ikinci yer tutub.

Paşinyan düşünür ki, Ermənistan Avrasiya İttifaqına öz istəyi ilə yox, məcburən qoşulub. Rusiya və Ermənistan arasındakı münasibətləri o, belə xarakterizə edir: danışan və dinləyən.

Nikol Paşinyan Dağlıq Qarabağla bağlı nə düşünür?

Mətbuata müsahibələrindən aydın olur ki, Nikol Qarabağı müstəqil Respublika hesab edir.

İllustrasiya: mikroskop media

Nikol Paşinyanın 2016-cı ilin aprelində jurnalistlərə açıqlaması:

“Diplomatik sahədə isə Arsax danışıqlar masasında əyləşməlidir. Ermənistan aydın şəkildə bildirməlidir ki, Qarabağın təmsilçiləri olmadan Qarabağ ilə bağlı danışıqlara getməyəcək. Heç kim Qarabağ təmsilçiləri olmadan danışıqlar aparmaq səlahiyyətinə malik deyil. Qarabağın tanınması isə konfliktin həlli yollarından biridir”.

Siyasətçinin 2016-cı ilin aprel döyüşləri ilə bağlı fikirləri:

“Dağlıq Qarabağ Respublikasının ələ keçirilməsinə cəhdlər olub. Azərbaycanın ilkin planı uğursuz olub. Azərbaycan şimal və cənubdan Qarabağa daxil olmağa çalışıb, daha sonra şərait imkan verərsə, mərkəzdən Stepanakertə doğru hərəkət etməyi düşünüblər. Buna baxmayaraq Arsax Silahlı Qüvvələri həmin andaca hücumun qarşısını almağa müvəffəq olub, nəticədə Azərbaycan tərəfi planın baş tutmayacağını anlayıb”.

2018-ci il 19 apreldə Yerevandakı mitinqdə səsləndirdiyi fikir:

“Biz heç vaxt Avropa, ABŞ və Rusiyanın maraqlarını qorumayacağıq. Bizim yeganə istəyimiz Ermənistan və Qarabağın maraqlarını qorumaqdır”.

Ermənistandakı etirazlar necə başladı?

Siyasətçi 2018-ci ildə Serj Sarkisyanın baş nazir olmasına etiraz edərək kütləvi aksiyaları təşkil edib. Aprelin 22-i o, baş nazir Serj Sarkisyanla görüşsə də bu, cəmi 3-4 dəqiqə davam edib. Paşinyanın görüşdə Sarqisyanın istefasını və hakimiyyəti dinc və rahat şəraitdə ötürməyi tələb etməsindən sonra baş nazir görüşü dayandırıb və bunları deyib:

“Bu, danışıq deyil. Dialoq deyil. Bu, dövlətə ultimatum vermək, onu şantaj etməkdir”. Sarqisyan Paşinyanın 2008-ci il mart hadisələrindən ibrət almadığını vurğulayıb.

Ermənistanın baş naziri Serj Sarkisyan və Paşinyanın 22 apreldəki görüşü. Foto: Reuters

Paşinyan isə cavabında bildirib ki, hədə tonu ilə danışmaq olmaz:

“Mən deyirəm ki, siz Respublikada yaranmış vəziyyəti təsəvvür etmirsiniz. Ölkədə vəziyyət 15-20 gün əvvəlki deyil, vəziyyət kəskin şəkildə dəyişib. Siz Ermənistan Respublikasında sizə məruzə edildiyi kimi hakimiyyətə malik deyilsiniz. Ermənistan Respublikasında hakimiyyət xalqın əlinə keçib”.

Paşinyan elə həmin gün Yerevanın mərkəzində saxlanılıb.

Müxalif deputat Sasun Mikaelyan xalqı Nikolu azad etməyə çağırıb.

Siyasətçinin şəxsi internet səhifəsində əhali etiraz aksiyalarına dəvət olunur. Elanda yazılıb ki, bu gün saat 19:00-da Respublika meydanına toplanmaq lazımdır.

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024
Detallı

COP29-a ev sahibliyi edən neft ölkəsində iqlim və işçi hüquqları necə pozulur? 

06 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia