Çərşənbə axşamı, 17 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Şurası Azərbaycanın AŞPA-ya təzyiq göstərdiyini deyir

23 Aprel 2018
A A
Avropa Şurası Azərbaycanın AŞPA-ya təzyiq göstərdiyini deyir

Foto: Vincent Kessler / Reuters

Avropa Şurasının 10 aydır davam edən istintaqı yekunlaşıb və 219 səhifəlik hesabat açıqlanıb. Heabatda deyilir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub, “korrupsiya xarakterli” fəaliyyətə yol verib.

Azadlıq Radiosunun məlumatına görə, hesabatda qeyd olunur ki, Azərbaycan keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.
Hesabatda yer alan pozuntular:

Azərbaycanla bağlı fəaliyyətdə AŞPA-nın bir sıra üzvləri, eləcə də keçmiş üzvləri AŞPA-nın etika standartlarına zidd davranıb.

Keçmiş italyan deputatın və Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvünün “korrupsiya xarakterli fəaliyyət”lə məşğul olmasını düşünməyə əsaslar var.

AŞPA-nın beş keçmiş üzvü davranış kodeksini pozaraq, deputat mandatları bitəndən sonra da Azərbaycanın adından lobbiçilik fəaliyyəti aparıblar.

On digər üzvün Azərbaycanla bağlı komitələrdə çalışarkən, yaxud ölkədə seçkilərə monitorinq missiyalarında iştirak edərkən davranış kodeksini pozduqları bildirilir.

Keçmiş italyan deputat Luca Volontè Azərbaycanda siyasi məhbuslarla bağlı hesabata zərbə vurulmasında “vacib rol” oynayıb

Britaniya, Fransa və İsveçdən təqaüddə olan hakimlərin apardığı təhqiqatda müəyyən edilib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var.

Tənqidçilər indiyədək Azərbaycanda iddia olunan seçki pozuntuları – qutulara topa bülletenlərin atılması, həmçinin insan haqlarına pozuntularına AŞPA-nın niyə zəif reaksiya verməsinə dair suallar qaldırıblar.

AŞPA 2017-ci ildə qurumun bəzi indiki və keçmiş üzvlərinin tənqidi yumşaltmaq üçün Bakının “avtokratik hökuməti”ndən bahalı hədiyyələr, kürü, xalçalar qəbul etməsi, Bakıda bahalı otellərdə qalmasıyla bağlı iddiaları araşdırmağa başlanıb. Bu siyasətə tənqidçilər “kürü diplomatiyası” adını verib.

Hakimlər Rusiya, Ukrayna və Türkiyədə bağlı iddiaların da olmasına baxmayaraq, yalnız Azərbaycanın məsələsini araşdırıblar.

Avropa İnsan Haqları Məhkəməsinin keçmiş hakimi, ittihamları araşdıran hakimlərdən biri Sir Nicolas Bratza AŞPA üzvlərinə “simvolik” hədiyyələr verildiyini deyib. Ancaq o, bəzi deputatların bu hədiyyələrin açıqlanmasıyla bağlı daxili qaydalara əməl etməməsindən narahatlığını bildirib.

Hesabatda digər insan haqları qruplarının narahatlıqları da qeydə alınmışdı, ancaq 2013-cü ildə AŞPA deputatları onun əleyhinə səs verdi.

“The Guardian” qəzeti yazır ki, İtaliya polisi Volontè-nin Azərbaycandan 2,39 milyon avro rüşvət alması barədə iddiaları araşdırır. Volontè isə ittihamları rədd edir və başqa bir çirkli pulyuma maddəsi üzrə ona bəraət verilib.
Sənəddə AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt-un qurumun sağ mərkəzçi qrupuna rəhbərlik etməkdən ötrü “korrupsiya xarakterli əməllərə” getməsinə dair güclü şübhələrin olduğu vurğulanır. Agramunt ötən il istefa verməyə məcbur olub. Rusiya hökumətinin Suriyaya təşkil etdiyi səfərdə iştirakından dolayı qurumda ona etimadsızlıq səsverməsi keçirildi. Hesabatda bu ispan deputatın Azərbaycanın xeyrinə qərarların verilməsində “əsas rol” oynadığı bildirilir.

“Deutsche Welle” yazır ki, AŞPA prezidenti Michele Nicoletti bu hesabat açıqlanandan sonra “komitə adları çəkilən parlamentarilərin durumunu bir-bir nəzərdən keçirənədək onları fəaliyyətlərini dayandırmağa dəvət edib”.

Transparency International korrupsiyayla mübarizə təşkilatının rəhbəri Jose Ugaz deyib ki, bu deputatlara “sanksiyalar qoyulmalıdır, hakimiyyətlərə bundan ötrü təzyiq göstərəcəyik”.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu deyib.

Aprelin 23-də AŞPA-nın Fransanın Strasburq şəhərində yaz sessiyası başlanır və sözügedən hesabatı da müzakirəsi gözlənir.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia